Sağlamlıq

Alimlər Parkinson xəstəliyinin müalicəsinin uğurla davam etdiyini bildiriblər

6 Fevral 2020 07:07
0 Şərh     Baxış: 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın Kioto Universitetinin bir qrup alimi parkinson xəstəliyinin iPS hüceyrələri vasitəsilə müalicəsinin uğurla davam etdiyini bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin kliniki sınaqlar zamanı istənilən toxumanın hüceyrələrində inkişaf etmək qabiliyyətinə malik olan modifikasiyalı iPS hüceyrələrindən istifadə edilib.

Qeyd edək ki, statistik məlumatlara görə Yaponiyada 150 min adam ətrafların əsməsinə səbəb olan və hərəkətin sürətinə təsir edən Parkinson xəstəliyindən əziyyət çəkir.

Xatırladaq ki, 2018-ci ilin oktyabrında bir qrup alim iPS hüceyrələrini orqanizmin funksiyalarını bərpa etmək məqsədilə bir pasiyentin beyin hüceyrələrinin üzərinə yerləşdirib.

Belə bir prosedur ötən il daha iki pasiyentə tətbiq olunub.

Alimlərin bildirdiyinə görə, iPS hüceyrələrin neyronlara çevrilməsindən sonra həmin xəstələrin heç birində problem müşahidə edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.