Sağlamlıq

Yaxın 100 ildə bu xərçəng növü yoxa çıxacaq - ALİMLƏR

24 May 2020 23:10
0 Şərh     Baxış: 1 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son illər qadınlarda çox aşkar olunun uşaqlıq boynunun xərçəngi (papiloma virusundan qaynaqlanan) azalmağa doğru gedir və 100 il ərzində tam itə bilər. Buna səbəb bütün dünyada artıq qızların və qadınların kütləvi olaraq bu virusa qarşı peyvənd olunmasıdır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, ümidverici proqnozu Kanada Universitetinin alimləri verib.

HPV virusunun nəticəsində yaranan bu xərçəngin kökünü kəsmək üçün 9 və 14 yaşında qızlar vaksinasiya olunmalıdırlar.

Belə ki, ilk cinsi əlaqə dövrünə kimi bu virusa qarşı peyvənd olunmalıdır. Belə olan halda cinsi parntyordan, kişidən papiloma virusu keçsə də, artıq bu təhlükəli olmayacaq.

Eləcə də 45 yaşından yuxarı qadınların ildə bir dəfə uşaqlıq boynunun analiz və müayinəsindən keçməsi məcburi müayinələrə daxil olunmalıdır.

Uşaqlıq boynunda xərçəngönü vəziyyət vaxtında aşkarlandıqda, qadınları xilas etmək mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory