Sağlamlıq

Gündə bir ovuc qoz yeməyin MÖCÜZƏLƏRİ

7 Fevral 2020 07:55
4 Şərh     Baxış: 3 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quru meyvə olan qoz faydalı tərkiblə zəngindir və möcüzəvi qida hesab olunur.

Milli.Az xəbər verir ki, qidalanmağımıza fikir versək orqanizmimizi tam sağlam hala gətirmək mümkündür. Gündə bir ovuc qoz yeməyi vərdiş halına gətirsək baş verən faydalı dəyişiklikləri aydın görə bilərik. Qozun tərkibində xolestrolu azaltmağa kömək edən bəzi yağ asidləri var. Eyni zamanda qan təzyiqini aşağı salmağa kömək edir.

Həddən artıq kök insanların qan şəkərinin artıq olma ehtimalı daha yüksəkdir. Qoz kökəlməyə mane olaraq, diyabet riskini azaldır. Edilən araşdırma göstərir ki, qoz yağı istifadə etmək qan şəkərini sağaltmağa kömək edir. Qoz sümüklərin əriməsinin qarşısını alaraq onları bərkidir. Qozun tərkibində bol miqdarda maqnezium olduğu üçün sümüklərdə kalsiumun sovrulmasına kömək edir. Gündə bir ovuc qoz yemək eyni zamanda sinə və prostat xərçəng riskini azaldır. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.