Sağlamlıq

Məşhur həkim bütün iddiaları RƏDD ETDİ: "Qadağan edilməlidir"

6 Aprel 2020 07:48
0 Şərh     Baxış: 3 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur həkim Mehmet Öz səhər yeməyinin günün ən vacib komponenti olması haqqında iddiaları rədd edib.

Milli.Az xəbər verir ki, ekspert səhər yeməyinin lazım olmadığını deyib, hətta qadağan edilməsi təklifi ilə də çıxış edib:

"Düşünürəm ki, 2020-ci ildə səhər yeməyi qadağan edilməlidir. Onun bu qədər məşhur olması əslində reklamın nəticəsidir. Təəssüf ki, on illərdir bu mövzuda irəli sürülən bir çox fikirlər həqiqətə əsaslanmır.

Səhər yeməyinin əvəzinə hər gün lanç etmək daha faydalıdır. Gecələr qızartma kimi yüksək karbohidratlı qidalar səhərlər aclıq hissinə təsir edir. Həmin yeməklər bədənin insulinə qarşı müqavimətini aşağı saldığı üçün ertəsi gün güclü aclıq hissi ilə oyanırsınız".

Mehmet Öz "Səhər yeməyindən imtina etmək lazımdırmı" sualına isə belə cavab verib: "Səhərlər yemək lazımdır, ancaq vaxt baxımdan bir az sonraya salın". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.