Sağlamlıq

Autizmin yeni səbəbi aşkar edilib

13 Yanvar 2020 23:25
0 Şərh     Baxış: 1 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Autizmin ehtimal edilən risk faktoru genetika ilə bağlı deyil. Məlum olub ki, bir zülalın çatışmaması erkən mərhələlərdə beyinin inkişafını ləngidir, autizm tipli pozuntular üçün səciyyəvi simptomlara şərait yaradır.

Amerikanın Ratger Universitetindən olan tədqiqatçılar sübut ediblər ki, uşağın bətndaxili və erkən inkişafı dövründə beyində p75NTR adlı zülalın çatışmaması autizmin inkişafına səbəb ola bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu araşdırmanın nəticələri Ratger universitetinin saytında dərc edilib.

Alimlər bildirirlər ki, beyinin inkişafı qarşılıqlı əlaqəli hadisələr seriyasıdır və bu proses fasiləsiz getməlidir. p75NTR adlı zülal çatışmadıqda bu prosesi pozan dəyişikliklər baş verir.

Müəlliflər deyiblər: "Normal inkişafı tənzimləyən xüsusiyyətləri nəzərə almaq lazımdır. İndi biz insanın davranışına və onun koqnitiv funksiyalarına təsir göstərə biləcək amilləri müəyyən etmişik".

Araşdırmalar davam etdiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.