Sağlamlıq

Qəpik-quruşa şəfa - Gülxətmi siropu

16 Dekabr 2019 22:52
1 Şərh     Baxış: 21 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Soyuq fəsillərdə öskürək, bronxit, traxeit, laringit ən yayılmış pozulmalardandır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu pozulmaları müalicə etmək ucuz və sınanmış təbii vasitə var.

Bu da sovet dövründən tanınan "gülxətmi siropu" (rus dilində "sirop alteya" və ya el arasında "alteyka"). Saglamolun.az bildirir ki, bu siropu indi də apteklərdə asanlıqla tapmaq olur.

Ucuz qiymətə satılan gülxətmi siropu çox yaxşı iltihabəleyhinə təsirə malikdir, bəlğəmi duruldur və onun nəfəs yollarından çıxmasını asanlaşdırır, öskürəyi müalicə edir, boğaz və udlağın iltihablaşmış selikli qişalarını sakitləşdirir, boğazda qaşınma və göynəməni azaldır.

Bu xüsusiyyətlərə görə gülxətmi kökü siropu öskürək, bronxit,  göyöskürək, pnevmoniya və həmçinin angina, traxeit və laringit zamanı uğurla istifadə olunur. Sirop həm böyüklər, həm də uşaqlarda istifadə oluna bilər.

Qəbul etdikdən əvvəl müalicə həkiminizlə məsləhətləşin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.