Sağlamlıq

Uzun ömür sürməyin - 10 əsas şərti

2 Yanvar 2020 11:36
0 Şərh     Baxış: 2 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun ömrün sirri yalnız yediyimiz və içdiyimiz qidalardan deyil, ailə bağlarının möhkəmliyindən də asılıdır.

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, elm adamları dünyanın ən uzunömürlü insanlarının yaşadığı bölgələri araşdırarkən, uzunömürlülüyün sirri ilə bağlı aşağıdakı nəticələrə gəliblər:

1. Bu insanlar ümumiyyətlə, idman etmirlər, amma həyatlarında fiziki fəaliyyətə çox yer ayırırlar. Əkin işləri, pilləkənlərlə qalxmaq, bağdakı otları biçmək, velosiped sürmək və sair bu kimi fəaliyyətlərlə məşğul olurlar.

2. Uşaqlıqdan bəri qorunan yaxın dostluq münasibətləri var. Onlarla tez-tez görüşürlər.

3. Ailə bağları çox güclüdür. Daim ailə ilə ünsiyyət qururlar və narahat olurlar.

4. Tərəvəzlərlə qidalanırlar. Əlbəttə ki, onlar heyvan qidalarını da istehlak edirlər, lakin bitki mənşəli qidalara daha çox yer ayırırlar.

5. Yeməyi kiçik porsialarla qəbul edirlər.

6. Stressdən uzaqdırlar.

7. Sadiq insanlardır. İnanclarının tələb etdiklərini edirlər.

8. Dostları sağlam bir həyat sürdükləri üçün hər kəs bir-birinə müsbət bir şəkildə töhfə verir.

9. Hər bir meyvə və tərəvəzdən öz mövsumunda istifadə edirlər.

10. Düzgün yuxu rejimləri var. Mütəmadi yuxu çox vacibdir, bədəndəki yorğunluğu azaldır və siz günə gümrah başlayırsınız.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.