Sağlamlıq

Bu içki insanı cavanlaşdırır - Alimlərdən açıqlama

13 Aprel 2020 03:30
0 Şərh     Baxış: 2 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sən demə qəhvə insanı cavanlaşdırır.

Milli.Az xəbər verir ki, araşdırma zamanı, qəhvənin tərkibindəki yüksək miqdarda olan antioksidantların orqanizmdəki yaşlanma prosesini zəiflətdiyi bəlli olub.

Alimlərin fikrincə, içki bədəndə oksidləşdirici prosesə səbəb olan sərbəst radikalları zərərsizləşdirir. Hansı ki, bu sərbəst radikallar ilk növbədə xroniki xəstəliklərin və yaşlanmanın inkişafına səbəb olur.

Alimlər qəhvə dənəsində təxminən min antioksidantın olduğunu və qovrulması zamanı isə yüzlərlə yenisinin yaranmasını təyin ediblər. Antioksidantlar artrit, ateroskleroz və bədxassəli şişlər də daxil olmaqla müxtəlif xroniki xəstəliklərin əsas səbəbi olan iltihaba qarşı mübarizə aparır.

Alimlərin fikrincə, ciddi xəstəliklərin inkişafının qarşısını almaq üçün  gündəlik 3-4 fincan qəhvə içməniz yetərlidir.

Ayrıca qəhvə xərçəng, ürək-damar, qaraciyər və diabet xəstəliklərinin yaranma riskinin azalmasınada kömək edir.  Eyni zamanda, qəhvəyə əlavə etdiklərinizə də  diqqət etməlisiniz:

Mütləq şəkər, krem ​​və ya südün miqdarına ciddi nəzarət edilməlidir. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.