DST özünümüalicədən imtina etməyə çağırır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda Avropa regionunun ölkələrində yaşlı əhalinin təqribən yarısının tibb sahəsində məlumatlılıq səviyyəsi azdır. Onlar həkimlərə vaxtında müraciət etmir və çox vaxt özünümüalicə ilə məşğul olurlar. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Bürosunun himayəsi ilə Moskvada keçirilən seminarın iştirakçıları bu problemi müzakirə edirlər.
Qeyri-yoluxucu xəstəliklərə qarşı mübarizə çərçivəsində noyabrın 6-da start götürən ikigünlük seminar sağlamlıq məsələlərində savadlılığın səviyyəsinə həsr olunub. Ekspertləri narahat edən budur ki, region sakinlərinin çoxu diabetə və ya xərçəngə tutulduğunu xəstəliyin ilkin mərhələsində deyil, həkimlərin müdaxiləsinin baha başa gəldiyi, müalicənin isə səmərəsiz olduğu son mərhələsində öyrənir. İnsanların bir qismi həkimin deyil, "yaxın rəfiqənin, yaxud qonşunun məsləhəti" ilə çoxsaylı dərmanlar qəbul edirlər. Əksər hallarda bu dərmanların ziyanı xeyrindən çox olur.
Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri Moskvada sağlamlıq məsələlərində savadlılığın inkişafı sahəsində özünü doğrultmuş layihələri, habelə xroniki xəstəliklərə qarşı mübarizə və sağlamlığın möhkəmləndirilməsi sahəsində müxtəlif yeni təşəbbüsləri müzakirə edəcək və qiymətləndirəcəklər. Görüşün başlıca məqsədi milli səviyyədə müvafiq layihələrin hazırlanması ilə məşğul olacaq xüsusi ekspertlər qrupuna təlim keçməkdir.
DST-nin məlumatına görə, hər iki saniyədən bir dünyada bir adam qeyri-yoluxucu xəstəliklərdən (ürək-damar, xərçəng, diabet və respirator xəstəliklər, habelə psixi pozulma) dünyasını dəyişir. Hər il dünyada 30 yaşından 70 yaşınadək 15 milyon insan bu xəstəliklərdən ölür.
DST-nin Avropa bölməsinə 53 ölkə, o cümlədən Avropa qitəsi ölkələri ilə yanaşı, Mərkəzi Asiya ölkələri və İsrail daxildir. Sentyabr ayında DST-nin Avropa Bürosunun saytında sağlamlıq məsələlərində savadlılığa həsr olunmuş xüsusi kampaniya başlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)





