Öskürək əleyhinə siropları uşaqlara verməyin - Pediatrdan çağırış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Öskürək-orqanizmin müdafiə reaksiyasıdır. Öskürəklə gedən xəstəliklər bunlardır:
- Tənəffüs sistemi xəstəlikləri (sinusit, bronxit, pnevmoniya)
- Mədə bağırsaq xəstəlikləri (Reflyuks xəstəliyi)
- Ağciyərlərin irsi,anadangəlmə xəstəlikləri,anomaliyaları (Sekvestr)
- Vərəm
- Allergik xəstəliklər,Astma və s.
Milli.Az medicina.az-a istinadən bildirir ki, son zamanlar valideynlər uşaq öskürən kimi birinci öskürək siroplarına üz tutur, ən müxtəlif tərkibdə və qiymətdə siropları alaraq, uşağın mədəsini doldurur. Sonra isə uşağın sağalmadığlndan gileylənir.
Siropların ümumiyyətlə, niyə təyin olunması, faydası olub-olmaması barədə tanınmış həkim pediatr Günay Rəsulovadan münasibət öyrəndik.
Həkim bildirdi ki, öskürəklə gedən xəstəliklər zamanı əsas səbəbi tapıb səbəbə yönəlik müalicə aparılmalıdır. Yerli yersiz istifadə edilən "öskürək siropları" öskürəyi daha da artıra ,körpələrdə isə obstruksiya, boğulma verə bilər. Öskürəyi olan uşaq pediatr tərəfindən müayinə edilib, uyğun müalicə təyin edildikdən sonra belə öskürək bir müddət hətta 2 aya qədər də davam edə bilər. Müalicənin effektini gözləyərək, əlavə dərman preparatlarının istifadəsinə tələsməmək lazımdır. Öskürəyi olan uşağa kömək etmək məqsədilə bol maye verilməsində fayda var. Su ən yaxşı bəlğəm durulaşdırıcıdır,uşağın vəzuyyətinin yüngülləşməsində çox kömək olur.
Uzun sürən öskürəklərdə mütləq Reflyuks xəstəliyi, Allergik xəstəliklər, Astma inkar edilməlidir. İnağ zamanı xüsusilə qıcıqlandırıcı siroplar uşaqlarda boğulmanı artıra bilər.
Bundan başqa uşaqlarda çox ağır öskürək şikayətləri ilə gedən göy öskürək infeksiyon xəstəliyindən qorumaq üçün peyvəndlər mütləq olunmalıdır.
Valideynlər lazım oldu olmadı siroplara büdcə və vaxt xərcləməkdən vaz keçməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Narçiçəyi çayı: Faydaları, istifadə sahələri və diqqət edilməli olan məqamlar
-
Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş
-
Elm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var
-
Gecələr qatıq yeməyin faydaları və zərərləri
-
Yundan istifadə edərək sümüklərimizi bərpa etmək mümkündür: Tibdə inqilabi kəşf
-
Uşaqlarda diş çıxarma dövrü - Valideynlər nələri bilməlidir?
XƏBƏR LENTİ
-
Yay gecələrini zəhərə çevirən ağcaqanadlara qarşı ən effektiv üsullar
-
Qabyuyan maşın daha yaxşı yuyur, yoxsa əl?
-
Bir neçə qəpik xərclə maşında xoş ətir yaradın
-
Qovurma bişirərkən ən çox edilən 5 səhv
-
Narçiçəyi çayı: Faydaları, istifadə sahələri və diqqət edilməli olan məqamlar
-
“A.B.İ.”də yeni sima
-
Günün qoroskopu: Maddi mövzularda yeni fürsətlər qarşınıza çıxa bilər
-
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - FOTO
-
Roza Zərgərli Kadırovla görüşdü - FOTO
-
Cüdoçularımız Avropa Kubokunun son günündə dörd medal qazanıblar
-
Bir gündə 35 milyard dollar qazanmaq: Dell-in yüksəlişi milyarderlər siyahısını alt-üst etdi
-
Manqalda dana ətini yumşaq etməyin 4 yolu
-
Bakı səması indilərdə - FOTO
-
Müəllim vəfat etdi - FOTO
-
Joze Mourinyonun "Real Madrid" planı
-
Hacıqabulda 66 yaşlı kişidən qadın turistə qeyri-etik davranış - VİDEO
-
Oğlunun sürprizi onu kövrəltdi
-
Myanmada dəhşətli partlayış - 46 nəfər öldü - VİDEO
-
Güləş üzrə Azərbaycan çempionatında dava - VİDEO
-
Dünya ulduzu ərə getdi - FOTO
-
Sərhədsiz energetika: Bakı dünya energetikasının gələcəyinin müzakirə meydanına çevrilir
-
Əlcəzair prezidenti Əlcəzair-Azərbaycan enerji sazişini təsdiqləyib
-
Arda mövsümün ən yaxşısı seçildi
-
“Toyota Prius” 15 yaşlı qızı vurdu - FOTO





