Doğuş zamanı alınan travmaların uşağın inkişafına təsiri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyaya sağlam uşaq gətirmək hər bir ananın ən böyük arzusudur. Ancaq bəzən elə hallar olur ki, ananın bu istəyi elə arzu olaraq da qalır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, normal hamiləlik dövründə hər bir ana hamiləliyini uğurla başa vurmasını istəyir və bunun üçün hamiləliyinə zərər verəcək şeylərdən qorunur. Lakin doğuş zamanı körpə müxtəlif travmalı dünyaya gəlir.
Maşa travması - Doğuş zamanı kəllənin zədələnmələri yumşaq toxumalara qansızma, beyin qişalarının, qan damarlarının və beyni toxumasının travması ilə müşahidə olunur.
Kəllə sümüklərinin sınıqlarına daha az təsadüf olunur. Bu patoloji doğuşlarda maşalardan istifadə zamanı baş verir. Doğuş zamanı uşağın kəlləsinə edilən təzyiq nəticəsində yastı sümüklərlə sümüksüzlüyü arasında qansızma baş verir ki, bu da yumşaq toxumaların aralanmasına səbəb olur. Buna yumşaq toxumların qansızması deyilir. Qansızma çox zaman təpə sümüyü nahiyyəsində, az halda isə ənsə və alın nahiyəsində rast gəlinir. Doğuşdan bir neçə saat və ya gün keçdikdən sonra uşağın kəllə nahiyəsində şişkinlik ortaya çıxır. Onun ölçüsü müxtəlif ola bilər. Şiş yalnız hansı sümüyün üstündə əmələ gəlibsə, orada da olur, heç vaxt qonşu sümüyə keçmir. Dəri üzərindəki şiş ağrısız olur. Qansızma nahiyəsi nəbz kimi vurur. Rentgen müayinəsində kəllə sümüyünün sınığı aydın görünür. Qansızma bəzən beynin sıxılmasına səbəb ola bilər.
Yumşaq toxumalara qansızma adətən fəal cərrahi əməliyyat tələb etmir. Çox vaxt 10-12 gün müddətinə hematoma özü sorulur. Əgər ilk gündən hematoma böyüməyə meyilli olursa, onda sıxıcı sarğı qoymaq lazımdır. Bu dövrdə hematomanı punksiya (iynə vasitəsilə çəkmək) etmək olmaz, çünki bu qanaxmaya səbəb ola bilər ki, bu da yenidoğulmuşun həyatı üçün çox təhlükəlidir. Əgər qansızma çox gec sorulursa, onda 1,5-2 aydan sonra yerində bərkləşmə və kalsium duzları nəticəsində daşlaşma əmələ gəlir. Bu, rentgen müayinəsi zamanı kölgə kimi görünür.
Kəllə beyin zədələnməsi - Patoloji doğuşdan sonra uşaqlar arasında təsadüf olunan travmalardan biri də doğuş kəllə-beyin travmasıdır. Çətin doğuş zamanı beyin damarları və beyin toxuması zədələnə bilər. Əgər bu zaman beyin əzilməsi və qansızma müalicə tələb edirsə, kəllədaxili hematomalar, bəzən isə sınıqlar təcili neyro-cərrahi müdaxilə tələb edir. Doğuş travması nəticəsində baş verən kəllə-beyin travması zamanı çox vaxt beyin toxuması onun qan damarlarını zədələyir.
Xəstələrdə süstük, skelet əzələlərinin hipertoniyası və qarın divarının tonusunun zəifliyi müşahidə olunur. Bəzi körpələrdə ətrafların əsməsi və qıcolmalar baş verir.
Həyatı orqanlar risk altında - Ağır kəllə-beyin travması zamanı həyati vacib orqanların (ürək-qan-damar-tənəffüs sistemi) fəaliyyəti, udma və sorma reflekslərini pozulur. Yenidoğulmuşlarda kəllə-beyin əzilməsində və qansızma zamanı bu əlamətləri aşkar etmək çox çətin olur. Diaqnozun qoyulmasında onurğa beyindən götürülən analizin böyük əhəmiyyəti var. Yenidoğulmuşlarda kəllə-beyin travması konservativ müalicə tələb edir. Sakitlik, başa soyuq kompreslər, yeməyi ancaq qaşıqla yedizdirmək və s.
Əgər xəstədə kəllə sümüklərinin sıxıcı və kəllədaxili hematoma varsa, cərrahi müdaxilə tələb olunur.
Epilepsiya təhlükəsi - Kəllə sümüyünü batmış sınıqları travmanın kəskin dövründə müvəqqəti olaraq beynin funksiyasını pozmaqla bərabər, beyin qişalarında çapığın əmələ gəlməsinə səbəb olur ki, bu da sonradan uşaqda epilepsiya xəstləiyinin meydana çıxmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, beyin uşaqlarda 2 yaşına kimi çox sürətlə inkişaf edir. Ona görə də batmış kəllə sınıqları travmadan 2-3 gün keçən müddətdə əməliyyat edilməlidir.
Əməliyyatdan sonra tədricən xəstədə sınıqların təsirindən meydana çıxan bütün fəsadlar aradan qalxır.
Ginekoloq məsləhəti - Doğuş zədələnməsi əsasən dölün böyük, ananın çanağının dar olması nəticəsində doğuş aktı çətin olduqda və ya bu vaxt göstərilən yardımçı köməklər zamanı baş verir. Həmçinin uşaq asfiksiya (boğulma) ilə doğulduqda ilk yardım zamanı da zədələnmələr ortaya çıxır.
Doğuş çətin keçən zaman uşaq mütləq travma alır. Həkim nə qədər peşəkar olsa da çanaq dar, dölün baş ölçüləri böyük olanda doğuş aktı çətin və ya bu vaxt göstərilən yardım uşağın travma alma riski qaçılmaz olur. Buna kəllənin doğuş travmaları deyilir.
Sağrı gəlişi - (yan gəlişi) zamanı uşağa doğuş zədələnmələrindən qorunmaq üçün qeysəriyyə əməliyyatı yolu ilə uşağı bu zədələrdən qorumaq olur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
-
Bakıda yol xəttini qara boya ilə dəyişdilər - 3 nəfər saxlanıldı - (Video)
-
Ledi Qaqanın ilk övladının adı və cinsi bəlli oldu
-
Rusiyada seçkilər başladı
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
-
Aras Bulut İynemli və daha 15 məşhur saxlanıldı - (Foto)
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Neftçi 1000-ci oyununa çıxır
-
Süni intellekt öz gələcəyini özü hazırlayır: Təhlükəli mərhələ başlayır
-
“Alya”nın ağlama səhnəsi müzakirə yaratdı – (Video)





