Erkən qocalma əleyhinə vasitə - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya əhalisi qocalır - ümumi əhali içarəsində yaşlı insanların payının artması praktiki olaraq bütün ölkələrdə müşahidə olunur. Əksər ölkə və regionlarda yaşlı insanların (60 və daha yaşlı olanlar) sayının 2050-ci ildə iki dəfədən çox, 2100-cü ildə isə 3 dəfə artacağı gözlənilir. Təəssüf ki, qocalmanın qarşısını almaq mümkün deyil
Yaşlanmanın növləri. Alimlər "fizioloji" və "erkən" yaşlanmanı ayırd edirlər. "Fizioloji" yaşlanma termini orqanizmin ətraf mühitə adaptasiya qabiliyyətini məhdudlaşdıran, təbii başlayan və tədricən inkişaf edən yaşlanmadır. "Erkən" yaşlanma isə hissəvi və ya ümumi yaşlanma tempinin artması nəticəsində insanın öz yaş qrupunun orta yaşlanma səviyyəsini qabaqlamasıdır.
Erkən qocalmanın səbəbləri. Məsələ yalnız irsiyyətdə deyil. Yaşlanmanın xarici təzahürlərinin meydana çıxmasına xarici amillər, həyat tərzi və qidalanma güclü təsir edir. Böyük şəhərlərdə yaşayan, vaxtının çox hissəsini quru havalı ofislərdə, keçirən, küçələrdə zərərli qazlarla nəfəs alan, kafe və restoranlarda dincələn insanlar, təbiətdə yaşayan, təmiz hava ilə nəfəs alan və tez-tez təbiətdə vaxt keçirən insanlara nisbətən daha tez qocalır. Kompüter arxasında oturmaq, fiziki fəallığın zəif olması, zərərli vərdişlər, daimi stress, yorğunluq, yuxusuzluq sağlamlığa olduqca mənfi təsir edir. Əsas faktorlardan biri də düzgün olmayan qidalanmadır - yarımfabrikatların, qazlı içkilərin, qəhvənin aşırı istifadəsi insan səhhətinə birbaşa təsir edir. Yuxarıda göstərilən faktorlar oksidativ stressin - hüceyrə səviyyəsində qocalma prosesinin inkişafında əsas yer tutur.
Erkən qocalmanın əlamətləri. Çox quru dəri - dərinin yaşla əlaqədar dəyişikliklərinin yüksək tempi eyni yaş qrupuna aid insanlar içərisində erkən yaşlanma əlaməti ola bilər. Sallanmış göz qapaqları - gözətrafı nazik dəri yorğunluq, yuxusuzluq, stress, ultrabənövşəyi şüalanma kimi xarici və daxili faktorların mənfi təsirinə daha çox məruz qalır. Saçların tökülməsi - əgər hər saç darayan zaman daraqda topa şəklində saç qalırsa bu orqanizm üçün bir siqnaldır. Menstrual tsiklin pozulması - qeyri-müntəzəm menstrual tsikl qadınlarda erkən klimaksın xəbərçisi ola bilər. Fiziki yorğunluq - əgər pilləkənlə qalxmaq, piyada gəzintilər və istənilən gündəlik aktiv fəaliyyət çətinliklə başa gəlirsə, bu yalnız zəif fiziki forma deyil, bioloji və təqvim yaşı arasındakı kəskin fərqdən də ola bilər.
Erkən qocalmanın profilaktikası. Bunun üçün orqanizmə stimuləedici təsir göstərən, orqan və sistemlərin pozulmuş funksiyasını və maddələr mübadiləsini yaxşılaşdıran, kompensator imkanları artıran heriatrik və ya heroprotektor adlanan maddələrdən istifadə edilir.
Hazırda qocalma prosesini ləngidən və ömrü uzadan 20-yə yaxın maddə mövcuddur. Heroprotektorlara vitaminlər, anabolik maddələr, biogen stimulyatorlar, adaptogenlər, lipotrop maddələr, sitomedinlər sinfindən olan peptid biotənzimləyicilər, antioksidantlar, kök hüceyrələri aiddir. Bioloji fəal əlavələr də orqanizmdə bəzi çatışmayan maddələri əvəz etməklə erkən yaşlanmanın profilaktikasında istifadə olunur. Bunlardan biri də Qlutationdur - orqanizmdə sintez olunan güclü antioksidant. O, sərbəst radikalların əmələ gəlməsinin qarşısını alaraq, immun sistemini gücləndirib, orqanizmi toksinlərdən təmizləyərək erkən yaşlanmanın qarşısını alır.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün +99455 355 77 00 (whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz. Çatdırılma ÖDƏNİŞSİZDİR.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qarında şişkinliyi azaltmağın sadə yolları açıqlandı
-
40 yaşdan sonra hamıya lazım olan İÇKİ
-
ÜST-dən növbəti xəbərdarlıq
-
Tibb tarixində ilk: 1500 kilometr uzaqlıqdan böyrək daşı əməliyyatı reallaşdı
-
1.2 milyard insan bu xəstəlikdən əziyyət çəkir
-
Yaşıl tərəvəz şirələri həqiqətən detoks effekti yaradır?
XƏBƏR LENTİ
-
Erkan Petekkaya yeni serialda
-
Yumurtaların saxlanmasında ən çox edilən SƏHV
-
60 yaşdan sonra qadını NƏ QOCALDIR? - Bunlar yaşınızın üstə 10 il gətirir
-
Qarında şişkinliyi azaltmağın sadə yolları açıqlandı
-
40 yaşdan sonra hamıya lazım olan İÇKİ
-
Çia toxumunun faydaları
-
Bu ölkədə itlər də məktəbə gedir - FOTO
-
"Atalı-analı illərim..." - FOTO
-
Nuhun gəmisi ziyarətçilərə açılır: İçi heyvanlarla doludur
-
"Netflix" aktyoru ölü tapıldı - FOTO
-
Bakıda binanın pilləkəni çökdü - VİDEO
-
"Həmin əməliyyatdan sonra peşman oldum"
-
Günün qoroskopu: Alış-veriş edərkən ehtiyatlı olun
-
Elçin villasından VİDEO paylaşdı
-
ÜST-dən növbəti xəbərdarlıq
-
Bakı məktəbində şagirdin hərəkəti gündəm oldu
-
Konsulun həlak olduğu qəza yerindən VİDEO
-
Həddindən artıq çəki atması diqqət çəkdi - FOTO
-
Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək
-
Bakıda “Hyundai” markalı avtomobil yandı
-
Azərbaycanın Təbrizdəki konsulu faciəvi şəkildə həlak oldu
-
Qadın karateçimiz Avropa çempionu olub
-
Xalq artisti oğluna xeyir iş etdi - FOTO
-
AZAL təyyarəsinin vurulmasına görə kompensasiya yaxın zamanda ödəniləcək





