Sağlamlıq

Püstə yeyin, gənc qalın

24 Avqust 2019 15:48
0 Şərh     Baxış: 3 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox vitamin və mineralı özündə birləşdirən püstə yaşlanmanı gecikdirir.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, təbii proses olan qocalma ətraf mühit amillərinin təsirindən tez başlaya bilər. Bunun qarşısını almaq üçün bir çox təbii qidalar mövcuddur.

Püstə də onlardan biridir. A, B qrupu, C, E, PP vitaminləri, mis, maqnezium, selen, kalium mineralları  olan bu çərəz sinir sistemi üçün çox faydalıdır. Püstə zehni fəaliyyəti yaxşılaşdırır, hüceyrələrin sağlam bölünməsini və böyüməsini təmin edir. Eyni zamanda, ürək-damar, ağciyər və göz xəstəliklərinin müalicəsində də istifadə edilir. Hər gün bir ovuc püstə sizi gün boyu enerji ilə təmin edəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.