İspanaq bişiriləndən sonra da müalicəvi keyfiyyətini itirmir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qədim Misir ehramlarında tapılan əlyazmalarda eramızdan əvvəl IV əsrdə ispanağın istifadəsi və mədəni sortarının yetişdirilməsi barədə məlumatlar var. Ancaq bitkinin mədəni sortlarına oxşayan yabanı növünə yalnız Qafqazda və Mərkəzi Asiyada rast gəlindiyinə görə, onun vətəninin həmin ölkələr olduğu güman edilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ispanaq çiy şəkildə istifadə zamanı daha faydalı təsir göstərsə də, bişiriləndə müalicəvi xüsusiyyətlərini itirmir. Lakin bişiriləndən sonra ən geci 24 saat ərzində yeyilməlidir. Uzun müddət isti yerdə qalanda ispanaqlı yeməyin tərkibindəki bakteriyaların təsirindən əmələ gələn nitratlar qana sorularaq eritrositlərin oksigen daşımasına mane olur və hüceyrə tənəffüsünü pozur. İspanaqdan hazırlanan yeməklərə şəkər əlavə edilməsi zəhərlənmə ehtimalını azaldır.
Məşhur Şərq təbibi İbn Sina ispanağın müalicəvi xüsusiyyətləri haqqında bəhs edərkən onu "bitkilərin şahı" və "mədənin süpürgəsi" adlandırıb. Tərkibində yüksək miqdarda turşəng turşusu olduğuna görə böyrək və sidik çıxarıcı yolların xəstəliklərində, öd daşları, pankreatit, podaqra, qastrit, mədə və bağırsağın xora xəstəliyində, həmçinin qan laxtalanması yüksək olan xəstəliklərdə az miqdarda istifadə olunmalıdır. Turşəng turşusu təzə yarpaqlarda daha az olduğundan həmin xəstəliklərdən əziyyət çəkənlər ona xüsusi diqqət yetirməlidirlər.
İspanaq qanazlığı, hipertoniya, şəkərli diabet, vərəm, hipoasid qastrit, enterokolit, qəbizlik və parodontoz kimi xəstəliklərin müalicə və profilaktikasında tətbiq olunur. Tərkibində olan yüksək miqdarda bioloji aktiv maddələr uşaqların qidasında da ondan istifadə etməyə əsas verir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)





