Zeytun, günəbaxan, qarğıdalı, palma - Hansı yağda qızartmaq olar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yağda qızardılmış qidaları nə həkimlər, nə də dietoloqlar tövsiyyə edir. Amma məhz yağda qızarmış tərəvəz, ət, toyuq dadlı olur.
Bir çox insanlar elə bilir ki, yaxşı təbii yağ seçib, onda yemək qızartsa, faydalı olacaq. Həkimlər və alimlər dağ edilmiş yağda xərçəng yaradan kanserogen maddə yarandığını əsas gətirərək, insanları bu cür yemək bişirməkdən uzaq tutmaq istəyir. Bəs yağ tavada qızıb dağ olanda nə baş verir?
Milli.Az bildirir ki, medicina.az hansı yağda qızartma etmənin az zərərli olduğunu araşdırıb.
Qazın üzərində tava 300 dərəcəyə kimi qızır. Bu tavaya tökülən yağda 120-150 dərəcədə kartof, ət, tərəvəz, oladye qızarana kimi bişirildikdə, təhlükəli bir kimyəvi birləşmə yaranır. Buna akrilamid deyilir, akrilamid tütün tüstüsündə də olur.
Tibbi tədqiqatlar göstərib ki, akrilamid prostat, ağciyər, böyrək, ginekoloji şişlərin yaranmasına təsir edir.
Qızardılmış toyuq, ət isə onda yaranmış PAU adlı polittsiklik karbohidrat sayəsində iştahlı ətir saçır. Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, bu maddə də kanserogendir.
Restoran, kafe, qənnadı istehsalı, fast-food qidalarda isə qızartma üçün transyağlardan istifadə olunur. Məhz transyağda qızardılmış toyuq, kartof, xəmir məmulatları çırtıltılı olur.
Transyağlarda olan komponentlər diabet, piylənmə, ürək-damar xəstəliklərinin əsasını qoyur.
Bəs hansı yağda qızartmalı?
Hər hansı yağ tavada dağ olanda və orda qida qızardılanda tüstü verdisə bu onda kanserogen maddə yaranmasının siqnalıdır. Bu yeməyi nəinki yemək, hətta yağdan gələn tüstünü udmaq da zərərlidir.
Asiya və Şərq ölkələrində xüsusi dərin tavalar var ki, ora yağı töküv tüstülənməsini gözləyirlər ki, yeməyi qızartsınlar. Bu tava önündə işləyənlər ağciyər xərçənginə tutulurlar.
Yəqin fikir vermisiz, küçədə bişirmə yerlərində tavada yağı elə dağ edirlər ki, tüstü ətrafa yayılır.
Hər yağın kritik yanma nöqtəsi var. Ən tez yanan rafinəolunmamış günəbaxan, kətan toxumu yağıdır. Artıq 107 dərəcə tempeaturda köpüklənməyə başlayır.
Zeytun yağı 190 dərəcədə yanır. Bu Omeqa 3 və 6 turşulaşmasına görə baş verir. Bu yağları çiy formada bişirməyən qidalara, salatlara əlavə etmək olar.
Qızartma üçün rafinə olunmuş yağlar və ya tropik yağlar uyğundur. Onlar yüksək hərarətə davamlıdırlar.
Bunlar hansılardır?
-Rafinə olunmuş zeytun yağı
Aralıq dənizi menyusunda həm salatlarda, həm qızartmalarda soyuq sıxılma və rafinə olunmuş zeytun yağı istifadə olunur. Aralıq dənizi qidalanması ürək-damar üçün ən idealdır. Bu yağlar kanserogen maddə yaratmır, damarları tıxamır.
-Rafinə olunmuş günəbaxan yağı
232 dərəcəyə kimi dözümlüdür, tüstüləmir, gec yanır.
-Raps yağı
Bu da yağ alınan bitkidir. Avropada məşhurdur. Ona gələcəyin yağı da deyirlər. Tərkibi və faydası zeytun yağına bərabərdir.
-Palma yağı
Söhbət əsl palma meyvəsi yağından gedir. Bu ağacın meyvələri 50% istiliyə, yanmaya davamlı doymuş yağ turşularından ibarətdir, zərərli tüstü vermir, 230 dərəcəyə qədər dözümlüdür. Kartof fri də bu yağda qızardılır. Elmi baxımdan zərərli olması sübut olunmayıb.
-Əridilmiş kərə yağı
160 dərəcədə artıq tüstülənir. Tərkibində heyvani zülal və şəkər tavada qaralır. Qiymətli yağdır, 205 dərəcədən sonra tüstülənməyə başlayır.
Hansı yağda qadağandır?
Rafinəolunmamış günəbaxan və kətan yağında qızartma olmaz. Yadda saxlayın, kərə yağını elə isidin ki, dağ olmasın.
Hətta ən davamlı yağı belə yüksək hərarətdə maksimum qızdırmaq olmaz. Dərin və qalın dibi olan keramik qablar alın. Eləcə də qızartma vaxtını azaldın, qida nə qədər odda qalsa bir qədər zərərli olur.
Yaxşı olar ki, sobada qabı bir az yağlayıb, ya falqa içində əti, tərəvəzləri oz şirəsini buraxmaqla bişirin. Amma sağlamlıq üçün ən ideal bişirmə növü suda və buxarda, eləcə də manqalda bişirməkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Enerjini azaldan gündəlik səhvlər
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
XƏBƏR LENTİ
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi





