Sağlamlıq

Daim susuzluq hissi 5 xəstəliyin əlaməti ola bilər

14 İyun 2019 23:16
0 Şərh     Baxış: 10 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən insanlar yayda tez-tez susumağı, su içməyi normal hesab edir. İnsan əslində gündə 2 litrə yaxın su içməlidir. Amma tez-tez susamaq, su axtarmağa fürsət gəzmək, susuzluqdan əziyyət çəkmək bəzi xəstəliklərin də işarəsi ola bilər.

Milli.Az bildirir ki, medicina.az çox susuzluq hissinin 5 səbəbini araşdırıb.

Moskva endokrinoloji mərkəzin rəhbəri bildirir ki, əgər insan çöldə yolboyu yanında su gəzdirirsə. nəqliyyatda susuz qala bilmirsə, dili-dodağı quruyursa həkimə müayinəyə getməlidir.

1. Su-duz balansı pozulub, orqanizm susuzlaşıb. Bu, intensiv gərgin iş, idman, stress, diareya və bəzi xəstəlik səbəbindən orqanizmin susuzlaşmasından baş verir. Belə halda su içmək yaxşıdır. 

2.Diabet - su içilməsinə baxmayaraq, susuzluq getmirsə, qanda qlükoza ölçülməlidir. Ola bilər sizdə şəkər xəstəliyinin əlamətləridir. 

3.Qeyri-şəkərli diabet. Bu xəstəlik diabetdən fərqlənir. Hipofiz vəzisi vazopressin adlı hormonu az hasil edir. Bu defisit insanın gün ərzində normadan artıq sidik ifrazına, sidiklə də bədəndən duz və mineralların yuyulub getməsinə səbəb olur.

4. Bəzi dərmanlar susuzluq yaradır - antihistaminlər, sidikqovucular, bəlğəmgətiricilər, antibiotik və antidepressantlar ağızda quruluq, susuzluq yaradır. Təzyiq dərmanları da mayeni bədəndə saxladığına görə susuzluq hissi yaradır

5. Qalxanvari vəzidə pozulmalar - kalsinin mənimsənilməsini tənzimləmir. Orqanizmdə su qıtlığı yaranır. Bu zaman əzələ zəifliyi, sümüklərdə ağrılar, yorğunluq, halsızlıq da görülür.

Əgər insan çox su içir, amma sidik az ifraz olursa, deməli, su orqanizmdə yığılır və şişkinlik verir. Bu da böyrəklərlə problemi göstərir. Böyrəkləri xəstə olan insan da mayeyə tələbat azalmır. Bu zaman böyrək çatışmazlığını inkar etmək, tam müayinə olunmaq lazımdır.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.