Sağlamlıq

İsti havalarda yaranan yorğunluq bu xəstəliyin əlaməti ola bilər

5 İyun 2025 03:03
Baxış: 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsti havalarda yorğunluq dağınıq sklerozun əlaməti ola bilər.

Milli.Az xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin həkimləri isti havalarda meydana çıxan yorğunluq və digər simptomların dağınıq skleroz xəstəliyinin göstəricisi ola biləcəyini bildiriblər.

Ekspertlər qeyd edirlər ki, dağınıq sklerozlu xəstələr fiziki məşğələlərdən və ya isti vannadan sonra baş ağrısı, başgicəllənmə və digər simptomların kəskinləşməsi ilə üzləşirlər. Belə hallar xəstələrin 60-80%-ində müşahidə olunur.

Həkimlər vurğulayırlar ki, bu simptomlar mütləq xəstəliyin mövcudluğu demək deyil, lakin diqqətli tibbi müayinə üçün əsas ola bilər.

Dağınıq skleroz beyin və onurğa beynində sinir hüceyrələrinin membranlarının zədələnməsi ilə xarakterizə olunan xroniki xəstəlikdir.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.