Sağlamlıq

Hidradenit - tər vəzilərinin xəstəliyi nədir?

24 May 2019 22:55
0 Şərh     Baxış: 1 894

Hidradenit - geniş yayılmış, tər vəzilərinin iltihabi xəstəliyidir. 

Bu xəstəlik müxtəlif ağır infeksion agentlər tərəfindən törədilib, bəzən insan üçün çox ağır nəticələrə gətirib çıxara bilər.

Getdikcə irinləyib, ağrlı olub, xəstənin gündəlik həyat keyfiyyətini aşağı salır. Müalicə olunmadıqda patologiya ölümcül sepsislə nəticələnib xəstəni öldürür. Halbuki ilk başda sadəcə qızartı kimi əhəmiyyətsiz görünür.

Milli.Az medicina.az-a istinadən xəstəliyin səbəb və əlamətlərini təqdim edir.

İltihab daha çox apokrin tər vəzilərinin yerləşdiyi zonada yayılır. Daha çox qızlarda, qadınlarda, 15 yaşından 55 yaşına kimi rast gəlinir.
Tər vəziləri daha çox qolaltında yerləşdiyindən xəstəlik də ən çox burda rast gəlinir. Lakin bədənin digər hissələrində də harda ki, tər vəziləri var, iltihab görülür.

Uşaqlarda bu xəstəlik olmur, çünki onlarda hələ qolaltı tər vəziləri var gücü ilə işləmir, eləcə də hormonal formalaşma olmadığından tər vəziləri nahiyəsində tüklər yoxdur. 

Apokrin tər vəziləri dərinin altında, qolaltı, qasıq və  sinədə paylanıb. Stress vəziyyətində, isti yerdə, hava dəyişəndə, hormonal səbəblərdən bu vəzilər daha çox ferment ifraz etməyə başlayır. 

Bu vəzilərin sintez etdiyi ferment dərinin səthində, eləcə də alt qatında olan infeksiya törədicilərinin aktiv çoxalmasına təkan verə bilər.
Bu infeksiyalar, məsələn qızılı stafilakokk genişlənmiş dəridən tər vəzisi ağzından vəziyə keçdikdə, orda iltihabi ocaq yaradır.
Bəs niyə bu infeksiyalar dərinə keçir:

Səbəblər insanların təmizliyə, gigiyenaya düzgün riayət etməməsi və tər vəziləri yerləşən nahiyənin dərisinin pozulmasıdır.

Əsas səbəblər:
 
qolaltının təmizlənməsi zamanı təhlükəsiz metodlardan istifadə, dərinin sürtülməsi, ülgüclə zədələnmə, dəriyə aşılayıcı spirt tərkibli vasitələrin vurulmasıdır.
Eləcə də immuniteti zəif olan, tez-tez infeksiyalara yoluxan insanlarda da bu xəstəlik rastlanır.

Aşırı tərləyənlər, vaxtında həmin nahiyələri tərdən təmizləməyənlər, oturaq işdə çalışanlar, hormonal pozuntusu olanlar da risk altındadır. 

Əlamətləri:

Qolaltında sanki iri sızanaq, çiban yarası çıxırmış kimi qabarma, şişkinlik, qızartı, ağrı, təzyiq etdikdə ağrı, kiçik ölçüdə düyünlər, qaşınma, ağrının süd vəzi və qola yayılması, qolaltının özünün şişməsi, getdikcə temperaturun qəfil dəyişməsi, hərarət, halsızlıq və s. 

Patoloji proses 7 sutka sonra irinləməyə başlayır. Bəzi simptomlar itir, şişkinliklərin səthi xoralaşır, irin axır, deşilir və yerində kobud çapıq izi qalır. 

Diaqnoz

İlk növbədə terapevt müayinə edir. Əgər irin varsa, bakterioloji əkmə analizi edilir. Daha sonra infeksionist və ya cərraha yöləndilə bilər.

Müalicə

Xəstəlik başlayandan 3 gün ərzində antibakterial və antihistamin preparatlar təyin olunsa yaxşı olar. Həmin nahiyəyə antiseptik məhlullar çəkilir, dezinfeksiya olunur. İrin dibi dərinə gedirsə, müxtəlif mazlarla o irinin yığılıb çıxmasını asanlaşdırmaq lazımdır. Əgər düyün böyük, bərk olarsa, çox vaxt cərrah onu açıb, drenaj edir. 

Bu xəstəliyə yoluxmamaq üçün tər vəzləri olan qolaltı, süd vəziləri altı, üstü, qasıq nahiyə gigiyenasına düzgün əməl olunmalı, cızmamalı, kəsməməli, mənşəyi məlum olmayan vasitələr çəkməməli, tərə qarşı mübarizə aparmalı, şişkinlik, ağrı olan kimi həkimə getmək lazımdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.