"VIA Qra" musiqi qrupu 25 ildən sonra fəaliyyətini dayandırıb.
Milli.Az xəbər verir ki, bu barədə məşhur prodüser və bəstəkar Konstantin Meladze instaqram səhifəsində məlumat yayıb. O, "VIA Qra"nın sonuncu mahnısı "Galileo"nu təqdim edərək bunları yazıb:
"25 il ərzində bu layihədə mənimlə birlikdə çalışan hər kəsə - müğənnilərə, musiqiçilərə, administratorlara, aranjimançılara, səs rejissorlarına, rejissorlara, stilistlərə, vizajistlərə təşəkkür edirəm. Bu, gözəl bir dövr idi, lakin bu dövr üçün nostalji hiss etmirəm".
Qeyd edək ki, 2000-ci ildə Kiyevdə yaradılan "VIA Qra" qrupu 25 il ərzində postsovet məkanının ən populyar qadın musiqi layihələrindən biri olub. Bu müddət ərzində qrupun tərkibi dəfələrlə dəyişib, ümumilikdə 20-yə yaxın vokalist qrupda çıxış edib. Qrupun tanınmış solistləri arasında Vera Brejneva, Nadejda Qranovskaya, Anna Sedokova, Svetlana Loboda, Albina Canabayeva, Alyona Vinnitskaya var. (Axşam.az)
Milli.Az