Ukrayna Avropadan asılı duruma düşüb: Müharibə uzanacaq?
Macarıstanın hakim partiyasının rəsmi nümayəndəsi Tamaş Mençer Kossuth radiostansiyasında çıxışında Avropa İttifaqını Rusiya- Ukrayna müharibəsini uzatmaqda ittiham edib. O, söyləyib ki, Avropa İttifaqının (Aİ) liderləri özlərini xilas etmək üçün Ukraynadakı münaqişəni uzatmağa çalışırlar, çünki sülh gələrsə, uğursuz siyasətlərinə görə cavab verməli və istefaya getməli olacaqlar.
O, Aİ liderlərinin təşkilatın üzvü olmayan Ukraynanın xeyrinə icma ölkələrinin maraqlarına məhəl qoymamasını absurd adlandırıb:
"Onlar bunu özlərini xilas etmək üçün edirlər. Çünki sülh gələrsə, Rusiyaya qarşı müharibə ilə bağlı pis qərarların və sanksiyaların, Ukraynaya ayrılan 150 milyard avronun taleyinin hesabını verməli olacaqlar, həmçinin siyasi məsuliyyəti öz üzərlərinə götürüb istefa verməlidirlər ki, bunu açıq şəkildə istəmirlər".
Milli.Az xəbər verir ki, mövzunu siyasi şərhçi Kənan Novruzov şərh edib.
O, bildirib ki, T.Mençerin dediklərində müəyyən həqiqət var. Məlum olduğu kimi, Avropa və ABŞ-nin davam edən savaşla bağlı mövqeyi üst- üstə düşmür. Avropa paytaxtlarının bir çoxu Vaşinqtondan fərqli olaraq müharibənin bitməsini istəmirlər. Çünki düşünürlər ki, Rusiya bu müharibədən qazanclı çıxacaq. Beləliklə, Avropa dövlətlərinin bir çoxu üçün yeni təhdid yaranacaq:
"ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsindən sonra Avropa Ukraynaya dəstəyi artırıb. Bu, təsadüfi deyil. Avropa ölkələri itirilmiş və ya azaldılması gözlənilən dəstəyi kompensasiya etməyə çalışır.
Avropanın Ukraynaya dəstəyi artırması, Rusiyaya qarşı təzyiqlər, hətta verilən bəyanatlar özü də ABŞ-nin planlarını pozur. Sözsüz ki, Avropa mövqeyində dəyişiklik etsə, ABŞ, bəlkə də, çoxdan sülhə nail olmuşdu.
Əlbəttə, Avropa Ukraynaya müharibədə qalib gəlməsinə, ərazi bütövlüyünü təmin etməsinə şərait yaradacaq səviyyədə dəstək göstərmir. Amma hər halda silahlandırır. Beləliklə, rəsmi Kiyev əslində Avropadan, xüsusilə fərdi şəkildə ona daha çox dəstək göstərən bəzi dövlətlərdən asılı duruma düşüb. Ukrayna bilir ki, Avropanın "çaldığı havanı oynamasa", daha ağır duruma düşə bilər. Beləliklə, bu gün Kiyev faktiki olaraq savaşı davam etdirməyə məcburdur".
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)
-
TƏHLİL Siyasi İslamın ixracı, kəşfiyyat xidməti – Türkiyə təşkilatlarına niyə yenidən baxılmalıdır?
-
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi
-
TDT Baş katibindən Azərbaycana təbrik
XƏBƏR LENTİ
-
Bu həftə üç bürc üçün göydən pul yağacaq
-
D vitaminini hansı qidadan almaq olar?
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)





