Ölkə

İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib

27 May 2025 21:54
Baxış: 698
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbul-Tbilisi marşrutu üzrə hərəkət edən "Turkish Airlines" aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb Gürcüstanın təyinat hava limanında havanın əlverişsiz olmasıdır.

Bu barədə Milli.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Təyyarə yerli vaxtla saat 21:06-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinlər uçuşla bağlı daha ətraflı məlumatı "Turkish Airlines" aviaşirkətinin nümayəndələrindən əldə edə bilərlər.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu regionun aparıcı aviasiya qovşağı kimi fövqəladə hallarda operativ cavab tədbirlərini dərhal həyata keçirərək, bütün zəruri texniki və logistik dəstəyi təmin edir. Aeroport, beynəlxalq standartlara əsasən, sərnişinlərin və uçuşların təhlükəsizliyini öz fəaliyyətinin mütləq prioriteti kimi müəyyənləşdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.