Dünya

Qazaxıstanı çəyirtkə basdı - Təyyarə və dronlar cəlb olundu - VİDEO

27 May 2025 13:15
Baxış: 1 266
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanın Qızılorda vilayətində çəyirtkələrin kütləvi şəkildə yayılması narahatlıq doğurub.

Milli.Az xəbər verir ki, bu barədə məlumat Orda Telegram kanalında yayılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə yüzlərlə çəyirtkənin havada uçduğu əks olunub.

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, vəziyyətə nəzarət məqsədilə rayonda operativ qərargah yaradılıb. Ərkumal rayonunun Qaraqum, Sazdı, Akkum, Kösəmişəman və Zühəmin kəndlərində ümumilikdə 17,1 min hektar sahənin 10,5 min hektarında artıq zərərvericilərə qarşı müalicə işləri aparılıb.

Çəyirtkələrə qarşı mübarizəyə iki yüngül təyyarə, iki ultrayüngül təyyarə, 12 yerüstü qurğu, beş pilotsuz uçuş aparatı və 45 çanta çiləyici cəlb olunub. Monitorinq işlərini isə 48 mütəxəssis həyata keçirir.

Mütəxəssislər ümumilikdə 445,8 min hektar sahədə çəyirtkə sürfələrinin olub-olmamasını yoxlayır. Hazırda vilayətdə çəyirtkələrlə mübarizə aparılacaq sahə 60 min hektar olaraq planlaşdırılıb.

Rəsmi məlumatlara görə, indiyədək kənd təsərrüfatı məhsullarına heç bir ziyan dəyməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.