Sağlamlıq

Tibb dünyasında ilk - Bədənindəki şiş xəstənin gözündən çıxarıldı - FOTO

27 May 2025 04:04
Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

 ABŞ-da həyata keçirilən çətin və riskli cərrahiyyə əməliyyatı tibb dünyasında yeni səhifə açıb.

Milli.Az xəbər verir ki, həkimlər xəstənin gözündən girərək onurğa sütununa yaxın ərazidə yerləşən bədxassəli şişi çıxarmağa nail olublar.

Əməliyyata rəhbərlik edən neyrocərrah Dr. Labib bu prosedurun nə qədər təhlükəli olduğunu vurğulayıb:

"Tümör beyin sapı, onurğa və əsas qan damarlarına çox yaxın idi. Kiçik bir səhv iflicə və ya ölümə səbəb ola bilərdi. Amma əməliyyat edilməsəydi, şiş böyüyəcək, sinir sisteminə daha çox təzyiq göstərəcək və nəticə qaçılmaz olacaqdı."

"Bu şişlərin təkrar yaranma ehtimalı yüksəkdir. Bu səbəbdən biz beyin cərrahiyyəsi, üz rekonstruksiyası və radioterapiyanı əhatə edən çoxşaxəli müalicə protokolu tətbiq edirik."

Əməliyyatdan sonra xəstəyə radiasiya müalicəsi də verilib. Bu uğurlu müdaxilə tibb sahəsində gələcək müalicə üsullarına ilham verə bilər.m.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.