İspaniyanın "Barselona" klubu futbolçusu Rafinya üçün Səudiyyə Ərəbistanı təmsilçisi "Neom"un təklifini rədd edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, hazırkı ölkə çempionu braziliyalı vingeri 120 milyon avroya satmaq istəməyib.
Kataloniya klubu oyunçunu əsas heyət üzvü hesab etdiyi üçün bu addımı atıb.
Qeyd edək ki, 2022-ci ildən "Barselona"da çıxış edən Rafinya cari mövsüm 19 matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Milli.Az





