Cəmiyyət

İcra başçısı nümayəndələrini dəyişdi

23 Yanvar 2026 19:15
Baxış: 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Səbail Rayon İcra Hakimiyyəti başçısının bəzi nümayəndəlikləri üzrə kadr dəyişiklikləri həyata keçirilib.

Milli.Az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı rayon icra başçısı Vüqar Zeynalov əmrlər imzalayıb.

Belə ki, müvafiq əmrlə RİH başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tərlan Qasımov vəzifəsindən azad olunub. O, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi (mühəndis) vəzifəsinə təyin edilib.

Digər əmrlə RİH başçısının Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Yusif Məmmədov vəzifəsindən azad olunub. O, RİH başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyinat alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.