Cəmiyyət

Bir ay öncə ev verilən qazi vəfat etdi - Foto

23 Yanvar 2026 20:04
Baxış: 449
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birinci Qarabağ müharibəsi qazisi Üzeyir Məmmədov vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu gün Ağdam rayonunun Qarağacı qəbiristanlığında dəfn olunub.

Bildirilib ki, qazi Ağdam şəhərinə qayıdan ilk sakinlərdən biri kimi Qarağacı qəbiristanlığında ilk dəfn olunan şəxsdir.

Qeyd edək ki, Ü. Məmmədov 1967-ci ildə Ağdam şəhərində anadan olub. Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) yaratdığı 859 saylı batalyonda döyüşüb və 2 dəfə yaralanıb.

O, ötən ilin dekabrında Ağdam şəhərində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sakinlərlə keçirdiyi görüşdə iştirak etmiş və dövlət başçısı tərəfindən evlə təmin edilmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.