Sağlamlıq

Onurğa sütununu bərpa edən, qadın və kişilərdə cinsi gücü artıran möcüzəvi MEYVƏ QURUSU

24 Mart 2019 07:32
1 Şərh     Baxış: 17 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1,5 ay ərzində hər gecə yatmazdan qaysı, əncir və qara gavalı qurusu yemək onurğa sütununu bərpa edərək gücü artırır, nəticədə orqanizmi daha gümrah edir.

Milli.Az xəbər verir ki, 3 inqredientdən ibarət resepti hazırlamaq çox asandır.

Hazırlanması:

1 ədəd əncir qurusu

5 ədəd quru ərik (qaysı qurusu)

1 ədəd qara gavalı qurusu

Resept çox sadədir, onları xırda-xırda doğrayıb qarışdırın. Zövqə görə bal əlavə etmək olar.

Bu meyvə quruları fəqərə sümüyü yumşaq disk toxumalarını təşkil edən maddələri özündə ehtiva edir. Meyvə qurularında olan maddələr toxumaları daha möhkəm və elastik edir. Bu toxumaların güclənməsinə gətirib çıxarır ki, bu zaman onurğa sütunu xarici manul korrektə olmadan, təbiətin onlara rəva bildiyi vəziyyətlərinə qayıdır.

Belə prosedurun həyata keçirilməsi üçün lazım olan maddələr hər meyvədə ayrı-ayrılıqda olmur. Odur ki, onların üçünü də qarışdırmaq mütləqdir. Həmçinin bu üçlüyün vəhdəti nəticəsində sehrli güc meydana çıxır. Əncir, gavalı və ərik qurusu kişilərdə və qadınlarda cinsi gücü artırmağa qadirdir.

Resept xüsusilə ağır idman məşqlərindən sonra onurğa sütununu bərpa etmək üçün idmançılara tövsiyə edilir.

Ərik qurusu əsl vitamin deposudur. Qurudulmuş əriklərin kalium tərkibinə görə ürək əzələsinə faydalı təsir göstərdiyini elmi tədqiqatlarda sübut edilib. Bununla yanaşı, qurudulmuş ərik xərçəngin qarşısını alan çox faydalı məhsuldur. Bu möcüzəvi meyvə qurusu fosfor, dəmir, kalsium, karoten, B5 vitamin və s. faydalı maddələrlə zəngindir.

Əncir də xərçəngə qarşı profilaktik vasitədir, o, qalxanabənzər vəzin fəaliyyətini normallaşdırır. Bundan əlavə, əncir qurusu bağırsaq parazitlərini məhv etməyə kömək edir. Xalq təbabətində isə əncirdən bronxitin müalicəsində tətbiq edilir.

Qara gavalı sağlamlığınız üçün təbiətin bizə bir hədiyyəsidir. Bu meyvə ilk növbədə mədə-bağırsaq fəaliyyətinə müsbət təsir göstərir. Qara gavalı cövhəri həzm sisteminin işinin normallaşdırır və qəbizliyi aradan qaldırır.

Üstəlik, qara gavalı ürək və yüksək təzyiq problemlərinə qarşı effektivdir. Bundan başqa, hesab edilir ki, qara gavalı böyrək xəstəlikləri, revmatizm, qaraciyər xəstəlikləri və ateroskleroza qarşı faydalı xassələrə malikdir. A vitamininin yüksək konsentrasiyası sayəsində isə o həm də görmə qabiliyyətini yaxşılaşdırır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.