Sağlamlıq

Çiyin ağrılarının səbəbləri - FOTO

15 Fevral 2019 23:12
1 Şərh     Baxış: 18 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bazu oynağı orqanizmin ən hərəkətli və bir çox istiqamətə hərəkət imkanları olan oynaqlardan biridir. Buna görə də bu oynağın zədələnmə ehtimalı yüksəkdir. Şikayətçilər çox vaxt ağrıların istirahət vaxtı, müəyyən hərəkət zamanı və ya daimi olmasından şikayətlənirlər. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, çiyin ağrısının əsas səbəbləri oynağı əhatə edən yumşaq toxumalardan, bazu oynağından və onu əmələ gətirən sümüklərdə və boyundan gələn sinirlərdən yarana bilər.

Ürəkdən və ya qarın boşluğundan yayılan çiyin ağrıları: çiyin ağrıları boyunda və daxili orqanlarda olan problemlər səbəbindən də yaranır. Ürək, döş qəfəsindəki ağrılar çiyin hissəyə qonşu orqanlar olduğu üçün təsir göstərir. 

Boyun problemləri: Boyunda olan fəqərələr arası disklərdə yırtıq və ya digər bəzi boyun problemləri sinir köklərinə təzyiq edərək ağrının çiyin qurşağına doğru yayılmasına səbəb ola bilirlər.

Torasik Çıxış Sindromu (Thoracic outlet syndrome)

Qola doğru yayılan sinirlərin formalaşdırdığı sinir dəstələri, körpücük altı arterial və venoz damarları döş qəfəsindən çıxdığı yerdə müxtəlif səbəblərlə sıxılmalara rast gələ bilər. Körpücük sümüyü, 7.boyun fəqərisinin yan çıxıntısı, birinci qabırğa, skalenus anterior adlı bir əzələnin formalaşdırdığı sahədə bəzən bir fibroz bağın yaranması zamanı "Döş qəfəsi çıxışı sindromu"adı verilən bir mənzərə ortaya çıxa bilər. 

Donmuş çiyin (Frozen shoulder)

Bazu oynağı nahiyəsində olan ağrı, hərəkət məhdudluğu şikayəti ilə özünü göstərən bir xəstəlikdir. Qadınlarda daha çox müşahidə edilir. Xəstəliyin tam olaraq əmələ gəlmə səbəbi bilinmir, ancaq bir sıra faktorlar xüsusən şəkərli diabet, travma, hiperlipidemiya qeyd edilir.

Xəstəliyi aşağıdakı kimi təsnif edirlər:

1) İdiopatik (səbəbi bəlli olmadığı hallar)

2) İkincili (hər hansısa bir xəstəliklə yanaşı inkişaf edir: şəkərli diabet, parkinsionizm, kardiopulmonar xəstəliklər, hiperparotiriodizm, hipoparotriodizm və s.)

3) Bazu oynağı nahiyyəsində icra olunan əməliyyatlardan sonra.

Xəstəliyin əsas əlaməti ağrı (xəstələr hətta ağrının təsirindən gecə yuxudan ayılır) və hərəkət məhdudluğudur (bütün istiqamətlərə hərəkət məhdudluğu müşahidə edilir). Hərəkətsiz qaldıqca oynaq içi bitişmələr formalaşır və getdikcə hərəkət məhdudluğu daha da artar. Nəticədə oynaq kapsulu qalınlaşır və büzüşür. Müəyyən vaxtdan sonra ağrılar azalır, lakin yerini oynaq hərəkətlərinin məhdudluğu tutur. Bu xəstəlik bəzən 1-2 il ərzində tədricən yavaş-yavaş yaxşılığa doğru dəyişir. Xəstəliyin diaqnozu fiziki müayinə, rentgenoloji və MRT müayinəsi üsulları ilə təyin edilir.

Döndürücü (rotator) manjet zədələnmələri və xəstəlikləri

Bazu oynağı hərəkətləri sırasında ən önəmli vəzifə döndürücü manjet dediyimiz bir struktura düşər. Çiyin ağrıları icərisində 60% hallarda ən çox rastlanan səbəb budur. 

1-DÖNDÜRÜCÜ MANJET TENDİNİTİ (iltihablaşması)

2-Kalsifik Tendinitis, bazu oynağını hərəkət etdirən vətərlərdəki gərginlik, kiçik yırtılma və qanamalar nəticəsində vətər toxumasında kalsium çöküntülərinin olması ilə xarakterizə olunan bir xəstəlikdir. Kalsifikasiyalamış tendinitin bir digər xüsusiyyəti də çox şiddətli çiyin ağrısına səbəb olmasıdır.

3-SUBAKROMİYAL SIXILMA (IMPIGEMENT) SİNDROMU. Qolunuzu qaldırdığınız vaxtı çiyin çıxıntısının (çiyinin ən yüksək nöqtəsi) altdakı yumuşaq toxumalara təzyiq etməsi nəticəsində sıxılma meydana gəlir. Qol havada olarkən çiyin çıxıntısı bursanı və vətərləri sıxışdırır. Bu hal yuxarıda bəhs olunan bursit və tendinitə də yol aça bilər. Subakromiyal sıxılma ağrılı və hərəkətləri məhdudlaşdıran bir narahatlıqdır.

4-DÖNDÜRÜCÜ (ROTATOR) MANJET YIRTIĞI; Yaşla əlaqədar olaraq vətər strukturundakı patologiyalar, zədələnmələr, əzilmələr və ya uzun müddət işləməsindən asılı olaraq sıradan çıxmasına və qopmasına səbəb ola bilər. Vətərlərdə qismən bir yırtıq ola və ya vətər tamamilə iki yerə ayrılacaq formada qopa bilər.

Artrit (artroz)
 
Artrit çiyin ağrısı səbəblərindən biridir və bir çox artrit tipi vardır. Çiyinlərdə ən çox görülən artrit tipi- osteoartrit, artrozdur (duzlaşma). Ağrı, şişkinlik və hərəkət məhdudluğu kimi əlamətlərlə orta yaşlarda meydana çıxır. Artroz tədricən inkişaf edən və müəyyən vaxt içərisində ağrısı şıddətlənən bir narahatçılıqdır.
 
İdman və ya iş qəzaları, zədələr və yırtılmalar artroza zəmin yarada bilər. Digər artrit növləri isə əzələ yırtılmaları, infeksiya ya da oynaqda iltihablaşma ilə əlaqədar ola bilər. Artrit səbəbi ilə yaranan ağrıları azaltmaq üçün bir çox insanlar çiyini hərəkət etdirməməyə çalışırlar. Ancaq bu davranış tam əksdir, oynaqda yumuşaq toxumaları sərtləşdirir və müəyyən vaxt içərisində çiyin hərəkəkləri məhudlaşır, ağrı da artmış olur.
 
Çox nadir hallarda bazu oynağında "septiki artrit" deyilən ciddi bir mənzərə meydana çıxa bilər. Bu hal orqanizmin başqa bir nahiyyəsində bazu oynağına infeksiya yayılması nəticəsində formalaşır. Xəstənin hərarəti yüksək, ümumi vəziyyəti olduqca ciddi olur. Oynaq şişkin, çox ağrılı olur və hərəkət etmək mümkün olmur. Təcili oynaq içinə girilərək irin boşaldılmalı, antibiotik və digər təyinatlarla xəstə nəzarətə götürülməlidir.

Bazu çıxıqları 

Bazu sümüyünün başı kürək sümüyünündəki oynaq boşluğundan bayıra doğru yerini dəyişməsi zamanı bazu çıxığı əmələ gəlir. Zədə ya da çiyinin həddən artıq yük altında gərgin olması çıxığın yaranmasına gətirib çıxarır. Bazu çıxığı qismən və tamamilə oynaq çuxurundan çıxması mümkündür. Çiyin nahiyyəsindəki bağlar, əzələlər və vətərlər bir dəfə boşaldığında və ya qopduğunda bazu tez-tez çıxmağa başlaya bilər. Adəti bazu çıxıqları oynaqda osteartrit riskini yüksəldir. Bazu çıxığı ağrıya səbəb olur, çıxan çiyinin görünüşü digərinə görə fərqli olur. Bazusu çıxan insan qolunu gövdəsinə yaxın tutur, bayıra doğru hərəkət etdirməsi çətinləşir.

Çiyin sınıqları

Xüsusilə yaşlılarda yıxılmaqla əlaqədar olaraq bazu çıxıqlarına tez-tez rast gəlinir. Gənclərdə isə çiyin sınıqları daha çox idman yaralanmaları və yol nəqliyyat qəzaları ilə əlaqədardır.

Çiyin qurşağı sınıqları ciddi bir ağrıya, şişkinliyə və göyərməyə səbəb ola bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.