Uşaq yaşlarından sağlam qidalanma - Məsləhətlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uşaqlar onlara tanış olan yeməkləri daha çox xoşlayırlar, belə ki, sizin onlara verdiyiniz yeməyi ilk dəfədən xoşlaya bilməzlər.
Lakin qidalanma vərdişləri ilk yaşlardan formalaşır, ona görə də əgər siz körpənizə geniş çeşidli sağlam qida versəniz, onların böyüyəndə daha sağlam qidalacaqlarına ümid edə bilərsiniz.
Milli.Az vib.az-a istinadən bildirir ki, əgər onlar kiçik olarkən siz onlara çox duzlu, yağlı və şirin qidalar və içkilər versəniz, onlar böyüyərkən də həmin qidalardan istəyəcəklər. Onlara bacardığınız qədər müxtəlif, sağlam qidalar verin və onlar böyüyərkən də həmin qidaları sevəcəklər. Bu, körpəniz üçün əldə etdiyiniz çox möhtəşəm bir vərdiş olacaqdır, körpəniz böyüyəndə sizə bu cəhətdən daha asan olacaqdır.
Vaxt ayırın! Başlanğıcda yeməyə çox vaxt ayırın. Körpənizi tələsdirmək və ya məcbur etmək problemlər yarada bilər. Körpələrin əksəriyyəti nə qədər yeməli olduqlarını bilirlər, ona görə yemək verərkən körpənizin tempi ilə gedin və onlar doyduqlarını bildirəndə dayanın.
Göstərin! Körpələr öz valideynlərini təkrarlayırlar, belə ki, siz müxtəlif sağlam qidaları yediyinizi körpənizə göstərməklə ona kömək edə bilərsiniz.
Əllə yeyilən qidalar! Körpənizə izn verin ki, o öz barmaqları ilə özü-özünü yedizdirsin. Bununla da, onlar nə qədər yemək istədiklərini sizə göstərə bilərlər və bu, onları müxtəlif qidaları daha yaxından tanımağa imkan verər. Həm də, bu üsul yemək yeməyin həzzini daha da artırır.
Ailəvi yeyin! Ailəvi yemək vaxtlarına körpənizi də qatın və ailənin digər üzvləri yemək yeyərkən ona da yemək verin. Hər gün təqribən eyni vaxtda yemək daha sağlıqlı yeməyi təmin edir. Körpəniz onu nə gözlədiyini biləcək və çox güman ki, olduğu şəraitdən də həzz alacaqdır.
Uğur! Uşaqların müxtəlif qidalara alışması bəzən çox vaxt aparır. Buna görə onlara az miqdarda qida və çox vaxt verin ki, onlar tədricən qidalara alışsınlar.
Nə qədər? Əgər körpəniz bir yemək vaxtı və ya bir gün ərzində çox yeməyibsə, narahat olmayın. Çünki onların bir həftə ərzində yedikləri daha önəmlidir.
Evdə hazırlanmış qidalar ən yaşxıdır! Ən yaxşı uşaq qidası evdə hazırlanmış sadə tərkibli şəkər və ya duz əlavə edilməmiş qidalardır. Artıq olan yeməyi soyuducuda və ya buz dolabında saxlamaq olar. Bu zaman sizin görəcəyiniz yeganə iş yeməkdən lazımi miqdarda götürüb qızdırmaq olacaqdır. Tez, asan, üstəlik hazır uşaq qidalarından daha çox ucuz.
Kiçicik qarıncıq! Uşaqların əksəriyyəti nə zaman doyduqlarını yaxşı bilirlər, buna görə istəmədikləri halda onları yeməyi bitirməyə məcbur etməyin. Daha az və tez-tez yemək və daha sağlam qəlyanaltılar uşaqlara ən uyğun qidalardır.
Düzgün oturuş! Əmin olun ki, körpəniz sakit və düz oturur, belə ki, bu zaman o, qidanı daha yaxşı görə bilər və boğulma ehtimalı da azalar.
Yalnız nadir hallarda şüşə banka və paketlər! Şüşə banka və paketlərdə olan uşaq qidalarından istifadə rahat ola bilər, lakin onların ölçüləri çox böyük və tərkibləri də demək olar ki, eyni olur. Belə qidalardan istifadə körpənizin başqa qidaları sevməsinə mane ola bilər. Məhz buna görə vaxtınız olmayanda və ya körpənizlə birlikdə evdən kənarda olanda hazır uşaq qidalarından istifadə etmək daha məqsədəuyğundur. Aldığınız məhsulun üzərini oxumağı unutmayın - hətta məhsulun üzərindəki etiketdə "4 aydan etibarən istifadə etmək olar" yazılsa da, bu əvvəlki köhnəlmiş prinsiplərə və tədqiqata əsaslanmış məlumatdır. Həmin etiketlər "istifadəsi 6 aydan etibarən" sözü ilə gələcəkdə yenilənəcəkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
XƏBƏR LENTİ
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər





