Sağlamlıq

Enerji içkiləri kökəldir?

8 Yanvar 2019 13:38
0 Şərh     Baxış: 2 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri də enerji içkiləridir. Enerji içkilərinin qiymətində edilən artım böyük ehtimalla onun satışını azaldacaq. Enerji içkilərinin zərərlərini nəzərə alsaq, bu orqanizm üçün çox faydalıdır.

Bəs enerji içkiləri çəkiyə necə təsir edir?

Milli.Az Muscle boost Baku-ya istinadla xəbər verir ki, bir enerji içkisinin tərkibində təxminən 20 qaşıq şəkər var ki, bu da "Coca Cola"nın tərkibində olan şəkərdən də çoxdur.

Şəkər nə qədər çox olarsa, orqanizm üçün mənfi təsir göstərir və piylənməyə səbəb olur.

Qeyd edək ki, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.