Sağlamlıq

Alimlər qəribə suala cavab tapıb

5 Dekabr 2018 23:38
0 Şərh     Baxış: 2 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Axşamlar hirslənmək xeyirlidir, yoxsa səhərlər? Bu sual nə qədər qəribə səslənsə də alimlər bu barədə maraqlı araşdırma aparıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, yapon alimləri tərəfindən aparılan araşdırma onu göstərib ki, insan orqanizmi axşam saatlarında stress təsirinə daha çox məruz qalır. Yəni ki, axşamlar orqanizmə təsir edən stress sağlamlığa daha çox ziyan vurur. 

Araşdırmada Yudjiro Yamanaka və onun Hakaydo Universitetindən olan əməkdaşları 27 könüllünün üzərində orqanzimin sutkanın müəyyən saatlarında kəskin psixoloji stressə nə cür reaksiya verdiyini araşdırıb.

Qeyd edək ki, əsas stress hormonu olan kortizol stress halı yaşandığı zaman bir neçə saat ifraz olunmağa davam edir. Bu isə orqanizmi döyüşmək və yaxud qaçmaq üçün enerji ilə təmin etməyə xidmət edir.  Kortizolun səviyyəsi sirkad ritmlərlə müəyyən olunur. Bir qayda olaraq bu hormonun səviyyəsi səhərlər maksimuma çatır, axşam isə azalır.

Eksperimentin gedişində alimlər iştrakçıların ağız suyunda kortizolun səviyyəsini ölçüblər. Daha sonra könüllüləri  2 qrupa ayırıblar: birinci qrup səhər, ikinci qrup isə axşam stress-test olunublar. 

Analizin nəticələrinə görə, kortizolun ağız suyunda olan səviyyəsi səhər stressə məruz qalan iştrakçılarda axşam stressə məruz qalan iştrakçılardan çox olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.