Dünya

Ukraynanı yalnız onu ölümü xilas edə bilər - Conson

9 May 2024 01:20
Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanı yalnız Zelenskinin ölümü xilas edə bilər.

Milli.Az globalinfo.az-a istinadla xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Larri Conson deyib.

O bildirib ki, Ukraynadan geriyə qalanları xilas etməyin yeganə yolu Vladimir Zelenskini fiziki olaraq məhv etməkdir.

Amerikalı kəşfiyyatçı Rusiya hərbçilərinin Zelenskini prezidentlik müddəti rəsmən başa çatdıqdan sonra (mayın 20-si) sıradan çıxara biləcəyi haqda fikir səsləndirib. Çünki danışıqlar prosesinin başlanmasına yalnız o mane olur:

"Rusiya danışıqlara başlamaq üçün Zelenskini aradan götürə bilər. Bu, hazırda Ukraynanın ən azı bir hissəsini xilas edəcək".

Conson əlavə edib ki, səlahiyyət müddəti başa çatdıqdan və Zelenski rəsmi statusunu itirdikdən sonra onun sağ qalma ehtimalı çox aşağı olacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.