Son zamanlarda yayılan xəstəlik nədir? - Həkimdən AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son zamanlarda ölkəmizdə daha bir xəstəlik yayılıb.
Artıq ətrafımızda olan bir çox şəxsin sözügedən xəstəliyə yoluxduğunu görürük. Bu xəstəlik qripə çox bənzəyir. Lakin yay ayları və havaların isti keçməsinə baxmayaraq, belə xəstəliyin yayılması təəccübə səbəb olur.
Maraqlıdır, bu, nə xəstəliyidir?
Mövzu ilə bağlı tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlama verib. O bildirib ki, bu, adi soyuqdəymə xəstəliyidir:
"Əlamətləri də onu göstərir. Yəni el arasında dediyimiz kimi yüngül soyuqdəymə əlamətləridir. Nəzərə almaq lazımdır ki, hələlik hava şəraiti sabitləşə bilmir. Müəyyən hava cərəyanları nəticəsində gah soyuq, gah da isti olur".
Həkimin sözlərinə görə, bu isə bəzi insanların səhhətinə mənfi təsir göstərir:
"İnsanların bədəni müəyyən şəraitə kifayət qədər adaptasiya olmayanda problem yaranır. Əsasən müqavimət qabiliyyətində hansısa problemlər olan şəxslərdə qripə oxşar formada viruslar yaranır. Qripin çox sayda növü var. Bunun sayı-hesabı yoxdur. Bu da o xəstəliklərin yüngül halda olanlarından biridir. Bəzi hallarda bunun daha ağır formalarına rast gəlmək olur".
Rasif Bağırov diqqətə çatdırıb ki, yayılan xəstəliklə bağlı narahatlığa əsas yoxdur:
"Bu xəstəlik qorxulu bir vəziyyət yaratmır. Müalicə olunanda çox yaxşı şəkildə müalicəyə tabe olur və xəstələr sağalırlar. Ona görə də, ondan qorxmaq lazım deyil.
Ümumiyyətlə, ciddi narahatçılığa əsas yoxdur. Bu xəstəliyin geniş yayılaraq hansısa bir problem törətmə qabiliyyəti yoxdur. Adi soyuqdəymə kimi müalicə ilə keçib gedir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
General Arif Heydərova həsr olunan sənədli film nümayiş edildi - (Video)
-
Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
-
ATU əməkdaşının tədqiqatı Londonda təqdim olunub - (Foto)
-
“Yüksək gəlir hələ başlanğıcdır - TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan!”
-
Bakıda yeni metro stansiyası nə vaxt açılacaq? - Tarix açıqlandı
-
5 bürc üçün yeni mərhələ başlayır: Həyatlarında nələr dəyişəcək?
-
Hafiz İsmayılbəylinin vəzifəsi 7 illik artırıldı - Dosye
-
Zenfira İbrahimova: “4 il əvvəl qabırğalarımı çıxartdırmışam”
-
Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixini öyrənənlər üçün dəyərli əsər
-
“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir
-
Reza Deqati Parisdə yaralandı
-
Vahid Mirzəyev yüksək vəzifəyə təyin edildi
-
Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
-
Yaxın günlərdə "İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunacaq
-
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - (Foto-Video)
-
Milyonlarla insana şad xəbər - Pensiya və müavinətlər...
-
Köçəryanın oğlunun həbs müddəti uzadıldı
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
7 ölkə İstanbulda bir araya gəlir
-
Tibetdə güclü zəlzələ: 16 nəfər öldü - (Video)
-
Azərbaycanda 67 şəhər və rayonla bağlı yenilik
-
Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
-
Yolu keçərkən bu səhvi etməyin - DYP-dən xəbərdarlıq
-
Süni intellekt ailə həyatını necə dəyişir? - Ülviyyə Mehralıyevadan açıqlama





