Ölkə

Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?

6 May 2024 11:38
Baxış: 20 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, 9 May Qələbə Günü, 11-12 may isə şənbə və bazardır.

Milli.Az axar.az-a istinadən bildirir ki, qeyri-iş günlərinin ardıcıllığının təmin edilməsi məqsədilə Nazirlər Kabineti belə vəziyyətlərdə istirahət və iş günlərinin yerini dəyişməyə qərar verir. Bəs, 10 may iş gününün qeyri-iş günü ilə dəyişdiriləcəyi gözlənilirmi?

Məsələ ilə bağlı axar.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, bununla bağlı hazırda heç bir qərar yoxdur.

"Bu haqda indiyədək müzakirə də aparılmayıb", - qurumdan vurğulanıb.

Qeyd edək ki, "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun 7-ci bəndində deyilir: "Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər".

Belə məlum olur ki, bu həftə Nazirlər Kabineti qeyri-işı günlərinin ardıcıllığını təmin etmək niyyətində deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.