Ölkə

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

8 May 2024 22:58
Baxış: 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antisemitizmin gücləndiyi dönəmdə Azərbaycanda yəhudi icmasının azadlıq və bərabərliyini müşahidə etmək sevindiricidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun sosial şəbəkədə yazıb.

"Azərbaycan azad və çiçəklənən yəhudi icmasının evidir. Bu gün mən Azərbaycanın Milli Qəhrəmanı yerli yəhudi icmasının oğlu Albert Aqarunovun məzarı başında onu ehtiramla yad etdim. Dünyada antisemitizmin gücləndiyi bir vaxtda Azərbaycanda yəhudi icmasının yararlandığı azadlıq və bərabərliyi görmək ürəkaçandır", - o qeyd edib.

Qeyd edək ki, mayın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun arasında görüş keçirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.