Ölkə

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

8 May 2024 23:17
Baxış: 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Ankara şəhərində Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında 120 maddəlik fəaliyyət planı qəbul edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Ankarada Türkiyə Palatalar və Birjalar Birliyində (TOBB) keçirilən Biznes Forumunda çıxış edərkən bildirib.

O, qeyd edib ki, bu fəaliyyət planlarının Azərbaycanla Türkiyənin iş adamları arasında əməkdaşlığı, ticarəti genişləndirəcəyinə ümid edir:

"Ölkələrimiz arasındakı ticarəti asanlaşdırmaqdan ötrü gömrük və logistika fəaliyyətlərini sadələşdirmək üçün razılıq əldə etdik. Sadələşdirlimiş gömrük əlaqələri üçün ən qısa zamanda çalışmalar planlaşdırdıq".

C.Yılmaz Azərbaycanın qeyri-neft sektorunun inkişafına önəm verməsini təqdir edib:

"Azərbaycan sahib olduğu təbii sərvətləri dəyərləndirir, buradan əldə etdiyi maliyyə imkanlarını qeyri-neft sektorunun genişləndirilməsinə sərf edir. Bu yanaşmanın çox məntiqli olduğunu düşünürük və təqdir edirik. Azərbaycan iqtisadiyyatının çeşidlənməsində özəl sektorun müsbət rol oynayacağına, Türkiyə və Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin bölgəmizə və Türk dünyasına da nümunə olacağına inanıram. Ümid edirəm ki, Cənubi Qafqazda sülhün bərpasında birgə fəaliyyətimiz regional rifahın artacağına və bundan bütün ölkələrin faydalanacağına səbəb olacaq".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.