Ölkə

Bakıdan bu şəhərə birbaşa reys gələn ay başlayır

9 May 2024 00:52
Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin iyun ayında Sofiya ilə Bakı arasında birbaşa təyyarə reysləri açılacaq.

Milli.Az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda deyib.

"Artıq AZAL ilə "BolqarAİR" şirkəti arasında müvafiq sənəd imzalanıb. Bu reysin açılması hər iki ölkənin turizm sənayesinin inkişafına təkan verməklə yanaşı iş adamlarının da səfərlərinin artmasına səbəb olacaq. Azərbaycan ilə Bolqarıstan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT və digər beynəlxalq platformalarda da yaxın əməkdaşlıq edirlər", - nazir vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.