Bakıda “xruşşovka”lar kütləvi satışa çıxarıldı - Səbəbi bu imiş...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsanlar arasında "xruşşovka" kimi tanınan və sovet dövründən qalmış keçmiş beşmərtəbəli binalardakı mənzillərin kütləvi satışı müşahidə olunur. Digər mənzillərə nisbətən hündürlüyü və sahəsi daha kiçik olan bu evlər adətən alıcılar tərəfindən çox da rəğbət görmür. Çoxları bazardakı tendensiyanı "xruşşovka"ların tezliklə söküləcəyi xəbəri ilə əlaqələndirir.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Bakının yeni Baş Planında köhnə binaların əksəriyyətinin söküləcəyi xəbəri bazara ciddi təsir edib:
"İlk növbədə onu qeyd edim ki, mövcud ajiotaj yayılan informasiyalara görədir. Bildiyiniz kimi, Bakının yeni planı ilə bağlı layihə təsdiqlənib. Həmin layihəyə görə, bir çox köhnə binalar, o cümlədən, qəzalı binalar söküləcək. Bu informasiyaların fonunda müəyyən ajiotaj yaranıb və köhnə binalarda yaşayan vətəndaşlar bazara öz mənzillərini çıxarırlar. Bunun başqa bir səbəbi də odur ki, Azərbaycan müəyyən iqtisadi inkişaf dövrünü yaşayır və 30 ildən bəri işğal altında olan ərazilərimiz azad edilib. Bunun fonunda ölkənin investisiya cazibədarlığı olduqca artıb. Təbii ki, bu da daşınmaz əmlak bazarına da öz təsirini göstərir".
Vüqar Oruc vətəndaşların artıq yeni mənzillərə meyl göstərdiyini qeyd edib:
"Eyni zamanda vətəndaşların əksəriyyəti artıq köhnə binaların yerinə daha çox yeni binalara üstünlük verir. Bu isə köhnə binalardakı mənzillərin kütləvi satışına səbəb olur və yeni binalardan mənzillərin alınması ilə nəticələnir. Düşünürəm ki, bu tendensiya artan templə davam edəcək. Bazarda yəqin ki, son dövrlərdə olduğu kimi, daha çox köhnə tikililərə rast gələcəyik. Söhbət ondan gedir ki, bu ajiotaj əslində o qədər də əsaslı deyil. Çünki əgər söküntü işləri başlasa da, bunun üçün müəyyən dövr tələb olunur. Birdən-birə bütün köhnə binaların söküntüsü mümkün deyil. Bu baxımdan hesab edirəm ki, yaxın dövrlərdə birmənalı şəkildə köhnə binaların sökülməsini və yerində yeni binaların tikilməsini müşahidə etməyəcəyik".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Aygün Kazımova evindən video paylaşdı
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Gəmidə yaralanan Coşqunun (Fotosu)
XƏBƏR LENTİ
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Transxəzər nəqliyyat dəhlizi səyahət müddətini 66 faizə qədər azalda bilər
-
Gəmidə yaralanan Coşqunun (Fotosu)
-
298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Fransanın yeni raketi Makronun gözü qarşısında sınaqdan keçirildi - (Video)
-
Sveta Əsədova vəfat etdi - (Foto)
-
“Son on ildə nə vaxt istirahət etdiyimi bilmirəm” - Marko Yankoviç
-
Fatma Bayramova vəfat etdi - (Foto)
-
Müəllimlər üçün geyim qaydaları açıqlandı
-
Nazir müavini təyin edilən Fazil Məmmədovun dosyesi
-
Fulya Öztürk onun adını daşıyan azərbaycanlı uşaqla görüşüb - (Video)
-
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)
-
Hacı Həsənli bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi - cəzalandırıldı





