Sağlamlıq

Kətan toxumunun yeni faydası - qadınları bu xəstəlikdən qoruyur

10 Oktyabr 2018 23:15
1 Şərh     Baxış: 4 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütəxəssislər aşkar ediblər ki, kətan toxumunun istehlakı qadınlarda süd vəzi xərçənginin inkişafı riskini və bu xəstəlikdən ölüm riskini azaldır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri Journal of Clinical Oncology-də dərc olunub.

Kətan toxumu xüsusi "liqnan" adlı maddələrlə zəngindir. Bu maddələr süd vəzi xərçəngi hüceyrələrini məhv etmək, yeni xərçəng hüceyrələrinin inkişafını "dondurmaq", ikincili şişlərin əmələ gəlməsinin qarşısını almaq xüsusiyyətlərə malikdir.  

Liqnan maddələrindən əlavə kətan toxumu bir sıra digər faydalı maddələrlə zəngindir: A vitamini, B1, B2, B3, B6, fol turşusu, C, Omeqa 3, Omeqa 6, Omeqa 9 yağlı turşularla zəngindir.   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.