Siqaretdən imtina edilməsindən sonra müalicə prosedurları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zərərli vərdişlərdən olan siqaret çəkməkdən imtina zamanı orqanizmi tütünün təsirlərindən təmizləmək və onun yaratdığı bəzi hallardan yaxa qurtarmaq üçün müəyyən müalicə prosedurları tətbiq edilir.
Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Rəhimov qeyd edib ki, hər kəs siqaret çəkməyə başladığı kimi ondan imtina da edə bilər. Əlbəttə, bu, ilk növbədə, daha çox iradə ilə bağlı olan məsələdir. Milli.Az bildirir ki, o, tütündən istifadəni tərgidəndən sonra yarana biləcək hallar barədə AZƏRTAC-a bəzi məlumatlar verib.
Həkim-fitoterapevt qeyd edib ki, siqaret çəkib sonra imtina edənlər diş əti və ağız boşluğu həssaslığı ilə üzləşə bilərlər. Bu zaman gündə iki-üç dəfə soda ilə qarqara etmək tövsiyə olunur.
Siqaretdən imtina edənlərdə bəlğəmin rəngi dəyişir, tez-tez öskürmə halları baş verir. Həmin hallarla üzləşənlər bəlğəm gətirmək və bronxları təmizləmək üçün keçibuynuzu meyvəsindən istifadə edə bilərlər. Keçibuynuzu xırda-xırda doğranılır, 400 ml qaynar suda 20 qram olmaqla 15 dəqiqə dəmlənilir, alınan dəmləmə iki yerə bölünür, yarısı səhər, yarısı axşam yeməkdən 20 dəqiqə əvvəl qəbul edilir. Prosedur 14 gün aparılır. Tez-tez allergik tutması olan və asmatiklər də ondan istifadə edə bilərlər. Şəkərli diabet xəstələri müəyyən norma gözləməlidirlər. Hətta keçibuynuzu meyvəsini toz halına salandan sonra da qəbul etmək olar. Yaxud 10 qram keçibuynuzu tozu 30 qram balla qarışdırılaraq yeyilir".
Həkim-fitoterapevtin dediyinə görə, keçibuynuzundan başqa gülxətmi kökü, şirin biyan kökü və dəvədabanı kökündən də istifadə etmək mümkündür. Onları bir yerdə dəmləyib içmək, biyan şirəsini gündə iki dəfə 10 qram qəbul etmək olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bunları edin, gün boyu enerjili QALIN
-
Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma
-
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
-
Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
-
Bu yay plastik pipetdən istifadə etməzdən əvvəl iki dəfə düşünün
-
Gün boyu zehni aydınlıq üçün ideal səhər yeməyi
XƏBƏR LENTİ
-
Aylar sonra oğluna qovuşdu - FOTO
-
Bunları edin, gün boyu enerjili QALIN
-
Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma
-
Arzu molekulu: Beyninizin gizli mühərriki dopamini idarəetmə təlimatı
-
Kral III Çarlzın ürək və dəri üçün faydalı, əlçatan səhər yeməyi
-
İnfantinonun zarafatı italiyalı nazirin xoşuna gəlmədi
-
Hidayət Orucov vəfat edib
-
Tovuzda qəza oldu - Ölən var
-
Şamaxıda Barbekü Festivalının birinci günü - FOTO
-
Almaniyada II Dünya müharibəsindən qalmış özüyeriyən artilleriya qurğusu tapılıb
-
Bakıda bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq
-
Tuğba milyonluq əmlakını dövlətə bağışlayacaq
-
Serdar Ortaç səhhəti ilə bağlı iddialara cavab verdi
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO
-
İsrail 12 günlük müharibədə məqsədinə çata bilməyib - Pezeşkian
-
İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacaq - Tramp
-
Şəhid anası vəfat etdi
-
Hörmüzdə göstərilən xidmətlərə görə haqq alınmalıdır - Bəqai
-
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
-
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
-
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
-
Bir gündə ABŞ-nin qəhrəmanına çevrilən Baloqanın maraqlı həyat hekayəsi
-
ABŞ ona viza vermədi
-
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb - FOTO - VİDEO





