"Olaylar" qəzeti
yazır ki, yayın qızmar istilərində susayanlar müxtəlif qazlı sulardan içərək sərinləşirlər. Lakin alimlərin qənaətinə görə, qazlı su insult yaradır. Alimlər bildirirlər ki, indiyədək belə suların orqanizmə bir sıra zərəri müəyyənləşdirilsə də, onun qan təzyiqinə necə təsir göstərməsinə dair araşdırma ilk dəfə aparılıb: Araşdırma göstərib ki, insanlar şəkərli və qazlı su içməyi azaltsalar, bu, onların qan təzyiqinin aşağı olması ilə nəticələnəcək. Amma bir nəfər gündə 2 stəkan belə su içərsə, onda hipertoniya və hətta insult ola bilər.
Nəzərdə tutulan - qazlı su içməklə həzm prosesində bədənə daxil olan sulardır. Çünki orqanizmə daxil olan qazlı suları iki yerə bölmək olar - həzm prosesində sovrulan və birbaşa venaya yeridilən qazlı sular var. Ozonlaşmış mayelər də, yəni, tərkibcə qana yaxın olan və qanəvəzedici maddələr ozonlaşdırılaraq birbaşa qana vurula bilər.
Ozon qanda yaxşı həll olunduğuna görə, orada problem yaranmır. Dünyada bu üsul bədənin oksigenləşməsi üçün istifadə olunan bir üsuldur.
Burada içmək yolu ilə bədənə gedən qazlı suların embolizasiya yaratmağı nəzərdə tutulur. Həkimlərin qənaətinə görə isə qazlı su təzyiqi qaldıra bilir, amma bu da təzyiqi qaldıran mexanizm kimi izah oluna bilməz. Həzm zamanı qazın xeyli hissəsi buxarlanır, maye sorularkən də divaryanı həzm prosesi, sorulma gedir. Bu, molekulyar səviyyədə gedən prosesdir. Orada o qədər qaz toplanmalıdır ki, gəlib embol yaratsın və insulta çevrilsin.
Qəbul edilən qazlı su qana diffuziya eləmir. Onun qana diffuziya etməsi belə çətindir. Təzyiqin əmələ gəlməsinin əsas səbəbi ateroskleroz və böyrəklərdə gedən iltihabi proseslərdir: qan damarlarının daralması ilə qanda xolesterinin ara məhsullarının çökməsi qan damarlarının daralması nəticəsində təzyiq artır. Buna hipertoniya deyilir. Bu, bir xəstəlikdir və əsas səbəbləri bilinmir. Apeleskreloz da burada bir fon xəstəliyi kimi çıxış edir. Yəni, yardımçı olan bir xəstəlikdir. Hipertoniyada genetik faktorun böyük bir rolu var. Belə baxanda qazlı suyu hamı içir, amma hipertoniya xəstəliyində genetik meyllilik daha güclüdür. Hər halda bugünki təbabətin nailiyyətlərini bu şəkildə yozmaq mümkün deyil.
Qazlı - şəkərli içkilər insanı kökəldir?!
Qazlı-şəkərli içkilər nədən insanı kökəldir? Heç demə, özümüzün və övladlarımızın sevə-sevə içdiyi kola tipli içkilər tam bir fəlakət törədicisidir.
Qazlı-şəkərli içkiləri içəndən sonra ilk 10 dəqiqədə qanınıza dərhal 10 çay qaşığı qədər şəkər daxil olar. Bu normal günlük dozanın 100 qatı qədərdir. Ürək bulanmasının qarşısını alan isə içkinin içindəki fosfor qarışıqlarıdır.
Qazlı sular qocalmanı sürətləndirir
Qazlı içkilər və içərisində daha çox fosfat turşusu birləşmələri olan məhsullar insan orqanizmi üçün zərərlidir. Harvard Universitetinin tibb şöbəsinin mütəxəssisləri belə bir qənaətə gəliblər ki, qazlı su alınması üçün içkilərə əlavə olunan fosfat insan orqanizminin yaşlanmasını sürətləndirir.
Fosfat turşularından həmçinin çörək-bulka məhsullarında və ətdən hazırlanan məhsullarda konservant və aromtizatorlar kimi istifadə edilir. Məlum olub ki, fosfat nəinki qocalmanı tezləşdirir, həmçinin böyrək çatışmazlığı kimi yaşlılıq xəstəliklərinin yaranmasına səbəb olur. Beləliklə, aydın olur ki, biz qazlı-şəkərli sular içərkən bir çox xəstəlikləri satın almış oluruq.
Bəlkə də bir gün gələcək, Səhiyyə Nazirliyi tütün məmulatlarının üzərində istehlakçılara etdiyi xəbərdarlıq kimi, qazlı-şəkərli içkilərin də üzərinə "Bunu içmək sizin sağlamlığınız üçün zərərlidir" xəbərdarlığı yazdıracaq.
Milli.Az
Sağlamlıq
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Qazlı su hansı xəstəlikərə səbəb olur?
10 Sentyabr 2011 11:29
0 Şərh
Baxış: 8 896

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Həkim böyük qarının gizli təhlükələri barədə xəbərdarlıq edir
-
Mükəmməl olmağa çalışmaq psixoloji problemdir?
-
37 il deputat olan siyasətçi kirayə haqqına görə mənzilindən qovuldu
-
Bədəni elektrik stansiyası kimi işləyir: 860 volt istehsal edən balıq rekorda imza atdı
-
Bağça yaşlı uşaqlar neçə dil bilməlidir?
-
Həkim: Xərçəngdən sağ qalma nisbəti 50 il ərzində 4 dəfə artacaq
-
Mirzə Babayev kimdir? - Kəpənəyin dalınca qaçan sənətkar
-
Müğənniliyə başlayan dırnaq ustasının qazancı mübahisə yaratdı - efirdə dava düşdü - VİDEO
-
“Dedi ki, yoldaşımı vurmuşam, kömək edin” - təfərrüat - yenilənib
-
Azərbaycanlı MMA döyüşçüsü Rusiya vətəndaşlığından məhrum edildi
-
Laçında yanğın olan ərazidə partlayış baş verdi - yenilənib - VİDEO
-
Kanalda batan Dəniz respublika çempionu imiş - VİDEO
-
Günün qoroskopu: Ətrafınızda sizi inkişaf etdirəcək bir fikir doğa bilər
-
"Ülvira ilə 4 ay küsülü qaldıq" - VİDEO
-
Ronaldo 2013-cü ildə qazandığı “Qızıl top”u satdı - FOTO
-
Suriyadakı vəziyyətə dözə bilmərik, 3-4 saat ərzində... - Fidan
-
Leyla Əliyeva fotosərgi açılışında - FOTO
-
Şəhriyar Əbilov AzTV-dən ayrıldı
-
10 nömrəli forma Yamala verildi - FOTO
-
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər
-
"Atası 10 il sonra qızımla görüşdü" - FOTO
-
Adnan Oktarın həbsxanadan çəkilmiş FOTOsu gündəm oldu
-
Əməkdar artist kosmetik prosedurdan sonra tanınmaz halda - VİDEO
-
Miqrantlar Rusiyaya daxil olarkən məcburi peyvənd oluna bilər - SƏBƏB