Oruc tutmağın bir çox maddi və mənəvi faydaları var. Milli.Az xəbər portalı Anspress-ə istinadən, bunlardan bəzilərini təqdim edir.
Oruc - insan nəfsinin həddindən artıq istək və ehtirasına mane olur. Oruc tutanlar daha səbrli və mətin olurlar.
Peyğəmbərimiz: "Oruc səbrin yarısıdır", deyə buyurub və eyni zamanda peyğəmbərdən gələn hədisdə bildirilir ki, "Səbr imanın yarısıdır".
İlin digər aylarında mütəmadi çalışan və yorulan mədə oruc vasitəsilə dinlənmək imkanı tapır. Oruc, cəmiyyətin əxlaqi həyatını dəyişdirir.
Varlılar oruc sayəsində kasıb və yoxsulların vəziyyətini daha yaxşı anlayır. Beləliklə, fərdlər arasında bir-birinə kömək etmək, şəfqət və mərhəmət duyğuları inkişaf edir.
İlahi bir əmr olduğu üçün Ramazan ayında da özünə halal olan şeyləri etməyən bir şəxs heç vaxt harama yaxınlaşmaz. Bunlardan başqa orucun bir çox dini faydaları var:
3082 - Hz. Əbu Hüreyrə (r.a) izah edir: "Rəsulullah (s.a.s) buyurdular ki: "Xeyr əməllər ən azı on misliylə yazılar, bu, yeddi yüz mislinə qədər çıxar. Allah Təala Həzrətləri (Qüdsinin hədislərində) belə buyurub:
"Oruc bu qaydadan xaricdir. Çünki o sırf mənim üçündür, mən də onu (dilədiyim kimi) mükafatlandıracağam. Qulum mənim üçün şəhvətini, yeməyini tərk etdi."
"Oruclu üçün iki sevinc var: Biri, orucu açdığı zamanki sevincidir; digəri də Rəbbinə qovuşduğu zamanki. Oruclunun ağızından çıxan qoxu, Allahın yanında müşk qoxusundan daha xoşdur".
3104 - Hz. Aişə və Hz. Hafza (r.a) buyurdular ki: "Yalnız şəfəqdən əvvəl niyyət edənlərin orucu mötəbərdir''.
"Bir kimsə Ramazanın fəzilətinə inanaraq və mükafatını Allahdan umaraq oruc tutsa, keçmiş günahları bağışlanar".
Milli.Az
Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Orucun faydaları
11 Avqust 2011 18:23
Baxış: 406

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Maqnit qasırğası yerə çatdı – Ciddi təhlükə barədə XƏBƏRDARLIQ
-
İranda güclü zəlzələ oldu
-
Bu siniflər də liseylərə imtahan verə biləcək - Qadağa aradan qaldırıldı
-
Komandir cinayət işini bağlatmaq istədi - 150 minlik tələyə düşdü
-
AMB bu günə olan son rəqəmləri açıqladı - Hansı valyutalar ucuzlaşıb?
-
İsrail Qəzzadan çıxır? - HAMAS və ABŞ razılığa gəldi
-
5 qollu finalda qalib bəlli oldu
-
Prezidentin sosial şəbəkə hesablarında Laçına səfərindən görüntülər paylaşılıb - VİDEO
-
Bu maddəni qəbul edən kişilərin uşağı olmur
-
İşdə yediyi yeməkdən sonra 13 orqanı çıxarıldı
-
Çinin yalnız bu maşınlarını ALIN
-
Qəhrəmanlar yox, qurbanlar: Maiden-Kasl hekayəsinin qaranlıq üzü
-
Bu ölkədə musiqi alətləri yandırıldı
-
Bu səhvlərlə tozsoranı məhv edirik: Evi təmizləmək yerinə, çirkləndiririk
-
Günəş işığı xeyir ya zərərdir?
-
Dərman qutusunu əvəz edə biləcək MƏHSUL
-
İdmançılarımız Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanıblar
-
Yay gəlir, sərfiyyat artacaq - Nə edək ki, maşın az benzin yandırsın?
-
Bu duanı oxuyub yatanı "mələklər" səhərə qədər "qoruyur"
-
Araz Musayevi bıçaqlayıb qaçanlar saxlanıldı - YENİLƏNİB - VİDEO
-
"Oktyabrda verilməli olan qərar indi açıqlanır" - Bir gecədə qərar verildi
-
Prezidentin sosial şəbəkə səhifələrində Laçın Beynəlxalq Hava Limanının açılışından görüntülər yayımlanıb - VİDEO
-
Bu vərdişdən qurtulmaq ömrü 9 il uzadır
-
Tanınmış cərrah illərlə narkozlu xəstələrinə qarşı əxlaqsızlıq edibmiş