Qan xərçəngindən qoruyan MÖCÜZƏLİ VASİTƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Leykoz - sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyidir.
Milli.Az Vib.az-a istinadən bildirir ki, qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur.
Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qanın törənməsi də pozulur, ona görə leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar.
Qərbi Avstraliyada aparılan "Uşaqlarda ömürlərinin ilk 2 ilində kəskin limfoblast leykozun və beyində yenitörəmələrin riskinin ana südü qəbulu və qidası ilə əlaqəsi" ümumilli tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ana südü, körpələrdə ağır limfoblastik leykoz kimi xəstəliyin və beyində yenitörəmələrin inkişaf riskinin azaldılmasına müsbət təsir göstərir.
Əmizdirmə və ana südünün qoruyucu xassələri körpələrin inkişaf etməkdə olan immun sisteminə yüksək səviyyədə müsbət təsir göstərir. Süni qida qəbul edən körpələr, əmizdirmədən və dolayısı ilə ana südünün qoruyucu xassələrindən məhrum olduqları səbəbindən, daha çox leykoz xəstəliyinə tutulma riskinə malikdirlər.
Qərbi Avstraliyada aparılan, xərçəng xəstəliyinin epidemiologiyasının tədqiqatı üzrə təcrübə qrupunun rəhbəri professor Elizabet Miln qeyd edir ki, sağlam olan və onkoloji xəstəliyə tutulmuş körpələrin anaları arasında ümumi sorğu apararaq əmizdirib-əmizdirmədikləri, süni qida verib-vermədikləri, əlavə qidaya keçmə vaxtları barədə məlumatlar almışdıq. Bunu sorğu qeyd olunan hər iki qrup arasındakı statistik fərqləri müəyyən etmək məqsədi ilə aparılmışdıq. Həmçinin araşdırma əsnasında analar anket dolduraraq uşaqların ilk 2 ilində qidası barədə suallara cavab yazmışdırlar. 0-14 yaşları arasında 600-dən çox uşaqların onkoloji xəstəlik halları araşdırılmışdır.
Tədqiqatçılar leykoz hüceyrələrini mikroskop altında izləyərək, xəstə körpələrdəki hər hansı genetik geriləmələrin olub-olmadığını və mövcud leykoz tipini təyin etmək məqsədilə onlar üzərində müxtəlif genetik testlər aparmışlar. Professor Milnin sözlərinə görə, bu xəstəliyə tutulanların müxtəlif yarımqruplarının təyin olunması tədqiqatçılara müxtəlif risk faktorlarını təyin etməyə və əmizdirmənin hansı səviyyədə təsir etdiyini aydınlaşdırmağa kömək etmişdir.
Təcrübənin yekun nəticəsi olaraq, ana südünün qoruyucu xassələri ilə ağır limfoblastik leykoz xəstəliyi arasındakı qarşılıqlı əlaqənin mövcudluğu dəqiqləşdirilmiş, lakin əmizdirmə ilə ağır beyin xərçəngi arasındakı əlaqə müəyyən edilə bilməmişdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qulaqdakı bu xətt infarkt riskini göstərir
-
Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
-
Yayın vazkeçilməzidir, faydaları saymaqla bitmir
-
Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar
-
Gözümüzü günəş şüasından necə QORUYAQ?
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
XƏBƏR LENTİ
-
Gül sirkəsi: Faydaları, istifadə sahələri və diqqət edilməli məqamlar
-
Əsl kərə yağı, yoxsa bitki yağı?
-
Qulaqdakı bu xətt infarkt riskini göstərir
-
Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
-
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub - Polis insidentin qarşısını alıb - YENİLƏNİB VİDEO
-
Yayın vazkeçilməzidir, faydaları saymaqla bitmir
-
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
-
Şəhər həyatını tərk etdi - FOTO
-
Seçkilərin yekun nəticələri bu tarixdə açıqlanacaq
-
Tokayevin Paşinyana təbriki - Kremlə mesaj
-
Dünya çempionatının ilk matç tarixi qeyri-iş günü elan edildi
-
İnternat məzunu Səbinənin təmtəraqlı toyu: Tanınmış simalar onu tək qoymadı - VİDEO
-
Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq
-
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
-
“Real Madrid” onun üçün150 milyon ödəyəcək - FOTO
-
Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi
-
Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO
-
“Barselona”nın növbəti baş məşqçi namizədi müəyyənləşdi
-
Azərbaycan ictimaiyyətinə ağır itki - FOTO
-
Vurulan gəmidə olan azərbaycanlının ailəsi danışdı: Hələ də xəbər yoxdur... - VİDEO
-
Bakının iki rayonunda işıq olmayacaq - YENİLƏNİB
-
Azərbaycan və Gürcüstan regional əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO
-
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi - FOTO





