Sağlamlıq

Yalnızlıq ömrü qısaldır

28 Avqust 2015 17:45
7 Şərh     Baxış: 3 260
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yalnızlıq insan ömrünü qısaldır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Brigham Young" Universitetinin apardığı və üç milyondan çox insanın iştirak etdiyi araşdırma sosial əlaqələri zəif olan insanların müxtəlif xəstəliklərdən ölmə riskinin daha yüksək olduğunu göstərib.
 
Tədqiqatlar zamanı məlum olub ki, yalnız yaşayanlarda ani ölüm riski ailəsi ilə yaşayanlardan 32 faiz çoxdur. Araşdırmanın rəhbəri doktor Tim Smit yalnızlığın ən az köklük və narkotik asılılığı qədər təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, yalnız yaşayan insanların sayı indiki sürətlə artmağa davam etsə, gələcəkdə yalnızlıq bir xəstəlik kimi dəyərləndirilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.