Sağlamlıq

Bu meyvədən yesəniz, saçınız heç vaxt tökülməyəcək

11 İyul 2015 18:14
10 Şərh     Baxış: 7 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparılan araşdırmalar nəticəsində əriyin saç tökülməsinin qarşısını aldığı ortaya çıxıb. Milli.Az publika.az-a istinadən bildirir ki, tədqiqatçılar əriyin tərkibində bol miqdarda selen mineralı olduğunu vurğulayıblar. Bu mineral saç tökülməsinə qarşı ən güclü vasitə hesab edilir. Ərik, həmçinin, saç tökülməsinə mane olan sink, selen mineralı, A vitamini və kalium ehtiva edir.

Alimlər bildirirlər ki, əslində şaftalı da selen mineralı ilə zəngindir. Ancaq əriyin daha faydalı hesab edilməsinin səbəbi saç tökülməsinə mane olan bütün mineralları eyni zamanda ehtiva etməsidir.
 
Uşaqlıqdan etibarən mövsümündə bol miqdarda ərik yeyənlər saç tökülməsi problem ilə üzləşmirlər. Saçı tökülən insanlar gündə 3-4 ədəd ərik yesələr, bu problemdən xilas ola bilərlər.
 
Qeyd edək ki, mütəxəssislər qaysının eyni effekti vermədiyini bildirirlər və təzə, sulu ərik yeməyi tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.