Sağlamlıq

Dərini sarıkök maskası ilə gözəlləşdirin

29 İyun 2015 22:59
4 Şərh     Baxış: 23 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təbii anti-bakterial olan sarıkök  həm sızanaqları yox edir, həm də dərini gözəlləşdirib parıldadır. Milli.Az publika.az-a istinadən yay ayları üçün sarıkök maska reseptini təqdim edir:

Maska üçün lazım olan materiallar:
 
Təbii alma sirkəsi
1/2 çay qaşığı sarıkök tozu
1 yemək qaşığı əsl bal
Süd
Pambıq
 
Necə hazırlanır?

Pambığı alma sirkəsinə batırıb dərinizi onunla silin. Maska çəkməzdən əvvəl 5 dəqiqə gözləyin. Sonra sarıkökü bal ilə qarışdırın. Gözlərinizə və göz ətrafına dəyməmək şərti ilə maskanı üzünüzə çəkin.
15-20 dəqiqəyə qədər gözlədikdən sonra ilıq su ilə yaxalayın. Əgər sarıkök tozu dəridə sarımtıl bir iz qoyarsa, südlü pambıqla təmizləyin. Həftədə 2 dəfə tətbiq edin.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.