Rusiya

Rusiyada təyyarə sərt eniş etdi - yaralananlar var - FOTO

6 İyul 2025 09:33
Baxış: 661
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çitada (Rusiya Federasiyasının Zabaykal diyarı) "An-2" təyyarəsinin sərt eniş etməsi nəticəsində 10 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Milli.Az-ın xəbərinə görə, bu barədə TASS-a regionun səhiyyə naziri Oksana Nemakina məlumat verib.

Xəsarət alanlar Diyarın Klinik Xəstəxanasına çatdırılıb. Qeyd edilir ki, digər 8 nəfərin vəziyyəti orta ağırdır.

Nazir əlavə edib ki, həkimlər yaxın bir neçə saat ərzində bütün yaralıları müayinə edəcəklər.

Fövqəladə Hallar Nazirliyinin Zabaykal diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti bundan əvvəl An-2 təyyarəsinin Çita rayonunda sərt eniş etdiyini bildirib. Yüngül mühərrikli DOSAAF təyyarəsi havaya qalxdıqdan 16 dəqiqə sonra yerə enib. Təyyarədə 10 paraşütçü və 1 ekipaj üzvü olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.