Şou-biznes

Nicat niyə Azərlə bağlı klipdə rol almayıb? - FOTO

5 İyul 2025 20:10
Baxış: 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, dostları mərhum aktyor Azər Baxşəliyevin ad günü münasibəti ilə "Sınıq pəncərə" adlı mahnı yazdırıb və klip çəkdiriblər. 

Milli.Az-ın məlumatına görə, ekran işində onun dostları İlkin Həsəni və Elşən Orucov yer alıb. Klipdə aktyor Nicat Rəhimovun olmaması isə müzakirələrə səbəb olub. 

N.Rəhimovun həyat yoldaşı Ülviyyə Rəhimova bununla bağlı suallara cavab verib. O, Azərin ailəsi ilə münasibətlərinin olmamasını şayiə adlandırıb:

"Bizə dünəndən çoxlu sual gəlir ki, nə əcəb Azərə həsr olunmuş klipdə yox idiniz? Kiminləsə aranız dəyib? Klipdə gördüyünüz heç bir dostumuzla aramız dəyməyib. Sadəcə müəyyən səbəblərdən insan haralardasa iştırak etməyə bilər. Və inanın Azər, onun gözəl ailəsinə olan səmimi sevgimiz, hörmətimiz, mehribançılığımız belə şeylərlə ölçülmür. Həyatın pərdəarxası da var. Dostlarımız həqiqətən çox gözəl iş görüblər. Gəlin belə şeylərə baxaq. Təki Azikın ruhu şad olsun".

Qeyd edək ki, Azər və Nicat birlikdə "Bozbash pictures"də rol alıb və "Xəzər TV"də veriliş aparıb. /Axşam.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.