Təbii anti-bakterial olan sarıkök həm sızanaqları yox edir, həm də dərini gözəlləşdirib parıldadır. Milli.Az publika.az-a istinadən yay ayları üçün sarıkök maska reseptini təqdim edir:
Maska üçün lazım olan materiallar:
Təbii alma sirkəsi
1/2 çay qaşığı sarıkök tozu
1 yemək qaşığı əsl bal
Süd
Pambıq
Necə hazırlanır?
Pambığı alma sirkəsinə batırıb dərinizi onunla silin. Maska çəkməzdən əvvəl 5 dəqiqə gözləyin. Sonra sarıkökü bal ilə qarışdırın. Gözlərinizə və göz ətrafına dəyməmək şərti ilə maskanı üzünüzə çəkin.
15-20 dəqiqəyə qədər gözlədikdən sonra ilıq su ilə yaxalayın. Əgər sarıkök tozu dəridə sarımtıl bir iz qoyarsa, südlü pambıqla təmizləyin. Həftədə 2 dəfə tətbiq edin.
Milli.Az