Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xərçəngdən qorunmağın ən asan yolu
3 Mart 2013 15:06
0 Şərh
Baxış: 1 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu vitamin yeganə vitamindir ki, onu insanın özü də istehsal edə bilir. Düzdür, bunu insan orqanizmi təkbaşına etmir, günəş şüalarının dərimizdə sintez olması ilə həmin vitamin bədənimizə daxil olur. Söhbət D vitaminindən gedir və son tibbi araşdırmalar onun hormonal cəhətlərini də üzə çıxarıb...
D vitamindən söz düşəndə çoxumuzun yadına sümükləri möhkəmləndirmək düşür. Uşaqlıqda bu vitaminlə bol olan balıq yağını bizə yedizdirirdilər ki, raxit xəstəliyindən uzaq olaq. Təsadüfi deyil ki, onu antiraxit vitamini də adlandırırlar. Yaşlı adamlara isə D vitamini osteoporoz (sümük xəstəliyi) riskindən qaçmaq üçün tövsiyə edilir.
D vitamini (kalsiferol) - yüksək dərəcədə və qısamüddətli olaraq qəbul edildikdə sümüklərdə kalsiumun artmasına səbəb olur. Mütəxəssislər D vitamininin diş və sümüklərin inkişafında çox vacib olduğunu xüsusilə qeyd edirlər. Kərə yağı, süd, pendir, balıq və qaraciyər başlıca olaraq D vitamini qaynağıdır.
Vitamin D2 və D3 formalarda rast gəlinir. Erqosterinlər ultrabənövşəyi şüalarla şüalandırdıqda D vitamininə çevrilir. Balıq yağında, yumurta sarısında, süddə və qara ciyərdə var. Çatışmadıqda kalsium və fosfor mübadiləsi pozulur və uşaqlarda raxit xəstəliyi əmələ gəlir.
Gündəlik tələbat 400 beynəlxalq vahidə və ya 10 mkq-a bərabərdir. Beynəlxalq vahid (BV) olaraq erqokalsiferolun 0,025 mikroqramı qəbul edilmişdir. Uşaqların D vitamininə tələbatı yaşlılara nisbətən 2-2,5 dəfə çoxdur.
D-hormon şişə qarşı
Son illərin tədqiqatlarına görə, D vitaminini D-hormon adlandırmaq daha düzgün olardı. Çünki bu supervitaminin orqanizmə təsiri çox genişdir.
Tibbi araşdırmalar belə ciddi nəticələri ortaya qoyub ki, D vitamini bir çox xəstəliklərin, o cümlədən xərçəng xəstəliyinin 16 növünün inkişafı barədə xəbərdar edir və azardan müdafiə qabiliyyətinə malikdir. Söhbət döş, prostat, yoğun bağırsaq, mədəaltı vəzi, mədə, yumurtalıq, öd və sidik kisələri, düz bağırsaq, böyrək və digər orqanlardakı bədxassəli şişlərdən gedir. Alimlər hətta bu vitaminin köməyi ilə insanı xərçəngdən müdafiə edə biləcək mexanizmin hazırlanmasını müzakirə edirlər.
Məsələn, mütəxəssislər güman edirlər ki, D vitamini qandakı şişlə qidalanan damarların yaranmasını azaldır, xərçəng hüceyrələrinin çoxalmasını stimullaşdıran genlərə təzyiq göstərir, xərçəngə qarşı müdafiədə böyük rol oynayan immuniteti stimullaşdırır.
Artıq praktiki tövsiyələr də verilir. Yoğun bağırsaq, döş, yumurtalıq və prostatdakı xərçəng xəstəlikləri ilə bağlı bütün tədqiqatları araşdıran ABŞ-ın Kaliforniya Universitetinin alimləri məsləhət görürlər ki, gün ərzində 1000 BV-dək D vitamini qəbul etmək lazımdır ki, bədxassəli şişlərin mümkün inkişafının qarşısı alınsın. Bu yetərincə böyük dozadır və indiyədək tövsiyə olunun adi dozanı (400 BV) 2,5 dəfə üstələyir. Əslində adi doza da yetərli ola bilir, məsələn, 400 BV D vitamini mədəaltı vəzidə xərçəng riskini 40% azaldır.
Bundan başqa, D vitamini şəkərli diabetin hər iki tipindən, ürək və yoğun bağırsaq xəstəliklərindən, hipertoniya, vərəm və sklerozdan müdafiə edir. O, həmçinin oynaq xəstəliklərinin axışını yüngəlləşdirir. Son tədqiqatlar bu vitaminin saçları möhkəmlətdiyini də ortaya qoyub.
ABŞ alimləri artıq müəyyən ediblər ki, D vitamini yalnız xroniki bronxitdən deyil, astmadan əziyyət çəkən xəstələrdə də nəfəsalma funksiyasının pozulmasının qarşısını ala bilir.
Beləliklə, D vitamini fövqəladə səviyyədə faydalı maddədir.
Kölgədən çıxın...
Əvvəldə qeyd etdik ki, D vitamini bizim orqanizmə yalnız qida yolu ilə daxil olmur, günəş şüaları da bu vitamini bədənimizdə formalaşdırır.
Uzun müddət günəş altında gəzməyən insanlarda D vitamini çatışmaya bilər. D vitamini çatışmadıqda kalsiumda əskikliklər meydana gəlir və nəticədə dişlərin xəstələnməsinə yol açır. Eyni zamanda, sümüklərin boşalması və ürək problemlərini də meydana gətirir.
Qış fəslində günəş az göründüyü üçün D vitaminini özümüz istehsal edə bilmirik. Odur ki, günəşi gördüyünüzdə fürsəti qaçırmayın, onun şüalarının 4-5 saat çılpaq dəriyə təmas etməsinə çalışın. Yayda D vitamini ilə bağlı problem yoxdur, gün altında 30-40 dəqiqə qalmaq yetərlidir ki, bu vitamini bədəninizdə toplayasınız.
Həkimlər günəş şüalarının çatışmaması halında, rasiona günəş şüaları ilə yetişən qidaların daxil edilməsini məsləhət görürlər. Balıq növləri, xüsusən qızılbalıq, tuna (iri yırtıcı balıq), skumbriya və balıq yağı bu tipə aid edilir. Həmçinin tərkibində az miqdarda günəş şüaları olan qidalar da vardır. Bunlara malın qaraciyərini, yumurta sarısını və bir neçə növ pendirləri misal göstərmək olar.
Defisit və riskləri
D vitamini defisiti (çatışmazlığı) ilk növbədə yaşı 45-i keçən insanları təhdid edir - yaş ötdükcə bu vitaminin bağırsaqlarda sorulma prosesi pozulur.
Odur ki, yaşlı adamlar D vitaminini sutkada ən azı 800 BV dozada qəbul etməlidirlər.
D vitamininin xroniki çatışmazlığı 6 aydan çox sürərsə, osteoporoza - sümük toxumalarının zəifliyinə səbəb olar ki, bu da sümüklərin tez-tez sınması riskini artırar.
Bundan başqa, bu vitaminin defisiti dişlərin sədəfini zəiflədə bilir: bu, kariesə və dişin çürüməsinə aparır.
D vitamini çatışmazlığı çox kitab oxuyan adamlarda görməni (yaxınıgörmə) də zəiflədir.
Qeyd edək ki, son dövrələrdə D vitamininin vacibliyi barədə daha çox danışılır. Bu da səbəbsiz deyil. Çünki yağda həll olunan bu vitamin daha çox yağlı qidarlarda olur. Həkimlər və dietoloqlarsa bizə yağlı qidalardan uzaq durmağı tövsiyə edirlər.
Bu işdə yeyinti sənayesi də böyük neqativ paya malikdir. Yeyinti sənayesi bizə ət yerinə soya, keyfiyyətli yağ yerinə ucuz bitki yağları təklif edir. Nəticədə rasionumuz D vitamini sarıdan kasadlaşıb.
Düzdür, D vitamininin dəbə minməsi ilə oyanıq yeyinti sənayesi artıq süni D vitamini ilə zənginləşdirilən məhsullar təklif edir, amma təbii vitaminləri olan natural ərzaq məhsulları daha yaxşıdır.
Ən əsası isə günün işıqlı vaxtlarında təmiz havada vaxt keçirməyi heç vaxt əldən qaçırmayın.
D vitamini bol olan qidalar
(BV-beynəlxalq vahiddir. 1 BV=0,025 mkq)
* İnək ciyəri (100 qram) - 15-50 BV
* Mal əti (100 qram) - 7-20 BV
* Yumurta (sarısı) - 20 BV
* Süd (1 stəkan) - 100 BV
* Sardina (siyənək fəsiləsi, 30 qram) - 250 BV
* Somğa (syomqa, 90 qram) - 360 BV
* Treska ciyərinin yağı (1 ç.q.) - 1360 BV
Express.az

DİGƏR XƏBƏRLƏR
-
40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
-
Diş minasını zədələməmək üçün bunları edin
-
Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
-
İsti hava insult riskini artırır - Həkimdən açıqlama
-
ABŞ-li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət - (Video)
-
Talassemiya ilə bağlı miflər və həqiqətlər
XƏBƏR LENTİ
-
Taleh Yüzbəyovun reklamına görə bloger təhdid edilib?
-
Səhvən su əvəzinə sirkə turşusu içdi
-
Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu - (Video)
-
Ata və oğul gizli görüşüb
-
20 il sonra piramidalarda konsert verəcək
-
Badımcanı yayda çox yeyin
-
Tovuz döyüşlərindən 6 il ötür
-
Ana-bala birlikdə məzun oldu
-
Milli Gimnastika Arenasında Matteo Morandi tərəfindən ustad dərsi keçirilib - (Foto)
-
Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu
-
Fransada istilərlə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan edilib
-
Prezident İlham Əliyev: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb - (Video)
-
Qəbələdə iki maşın yandı
-
Atasının ölümünə görə qisas alacaqlarını bəyan etdi
-
İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə zərbələr endirib
-
40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
-
Sadettin Sarana qarşı narkotik ittihamı - 10 ilədək həbsi tələb olunur
-
Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşdən videoçarx paylaşılıb
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir